Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:48

Gürcü jurnalistlər başlarında torba parlamentdə aksiya keçirirlər (Video)


Gürcüstan parlamentində aksiya
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Gürcüstan parlamentində aksiya

Tbilisidə bir qrup jurnalist Parlamentin binasında Komissiya iclası zamanı başlarına torba geyinərək etiraz aksiyası keçiriblər. İyunun 6-da keçirilən aksiyada onlar əllərində " Əfqan Muxtarlıya azadlıq", "Günahkarlar cəzalandırılsın" kimi şüarlar qaldırıblar.

Ətraflı bilgi yaxın saatlarda veriləcək.

Bir neçə gündür ki, Gürcüstanda jurnalistlər, ictimai fəallar və azərbaycanlı mühacirlər mühacir jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilməsinin araşdırılması, ictimaiyyətə açıqlama verilməsi, bu işdə əli olanların cəzalandırılması tələbi ilə aksiyalar keçirir, jurnalistə azadlıq tələb edirlər.

Buna da bax: Gürcüstan Leyla Mustafayevaya dövlət mühafizəsi ayırıb [video]

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçmədə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə suçlanıb və istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.

Azərbaycan tərəfinin yaydığı açıqlamda deyilir ki, o, sərhədi qanunsuz keçərkən saxlanıb, üzərindən 10 min avro pul götürülüb. Bu ittihamlarla o 7 ilə qədər azadlıqdan əhrum edilə bilər.

Amma bu ittihamları Əfqan Muxtarlı və insan haqları fəalları rədd edirlər. Jurnalist qeyd edir ki, əslində peşə fəaliyyətinə görə təqiblərə məruz qalır. Əfqan Muxtarlı məhkəmədə bildirib ki, Tbilisidə tanımadığı bir qrup tərəfindən saxlanaraq Bakıya gətirilib. Ona işgəncə verilib və cibinə də pulu onu Azərbaycana gətirənlər qoyublar.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

XS
SM
MD
LG