Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

Hər il hamiləlikdən dolayı 300 min qadın ölür


arxiv
arxiv

Kontraseptivlərə ehtiyacın ödənməsi ildə 67 milyon planlaşdırılmayan hamiləliyi, 76 min qadının hamiləlik və doğuş səbəbindən ölümünü əngəlləyər. Bu haqda “Reuters” informasiya agentliyi yazır.

Çərşənbə axşamı – iyulun 11-də qlobal inkişaf üzrə ekspertlər, siyasətçilər və donorlar Londona ailə planlaması sammitinə toplaşıblar. Məqsəd dünyada daha çox qadına və qıza öz gələcəklərini təmin etməyə şərait yaradılmasıdır.

Ekspertlərin fikrincə, ailə planlaşdırması inkişaf üçün vacibdir, çünki qızların və qadınların məktəbi bitirməsinə, gəlir qazanmasına imkan verir. Bu da öz növbəsində ailələrə və icmalara fayda gətirir.

300 MİN QADIN VƏ 2,7 MİLYON KÖRPƏ

Doğuma nəzarət isə ailələrin kiçilməsinə səbəb olur ki, sonucda valideynlər övladlarının sağlamlığına və təhsilinə daha çox resurs ayıra bilirlər.

Hazırda inkişaf etməkdə olan regionlarda hamilə qalmaq istəməyən 214 milyon qadın kondom, həblər kimi müasir kontraseptiv metoddan faydalana bilmirlər. Bu ehtiyac ödənərsə, ilə 67 milyon planlaşdırılmayan hamiləlik, 76 min qadının hamiləlik və doğuşla bağlı ölümü önlənər.

Hamiləlik və doğuş vaxtı problemlərlə üzləşən hər üç qadından biri gərəkən yardımı ala bilirlər.

Bill & Melinda Gates Fondunun təqdim etdiyi rəqəmlərə görə, 2017-ci ildə yoxsul ölkələrdə 300 min qadın hamiləlikdən dolayı dünyasını dəyişəcək. 2,7 milyon körpə isə bir aylığında öləcək.

HƏR 5 YENİYETMƏ QIZDAN BİRİ

İnkişaf etməkdə olan ölkələrdə hər beş yeniyetmə qızın biri 18 yaşından qabaq hamilə qalır.

İnkişaf etməkdə olan ölkələrdə 15-19 yaşlılar arasındakı hamiləliklərin yarısı planlaşdırılmayan sayılır.

Dünyada 15-19 yaşlı qızlar arasında ölüm səbəbləri içində hamiləlik və doğuş vaxtı çətinlikləri öndə gedir.

Dölün ölü doğulması və yeni doğulmuş körpələr arasında ölüm halları 20 yaşınadək qadınlar arasında, daha gec dünyaya övlad gətirənlərdən 50 faiz çoxdur.

Yeniyetmə anaların 90 faizi nikaha girəndən sonra doğur. Hər il 15 milyon qız 18 yaşına çatmamış ailə qurur.

İLƏ 430 MİLYARD GƏLİR

“Reuters” yazır ki, reproduktiv tibbi xidmətlərə universal çıxışın təminatı ildə 430 milyard dollardan artıq iqtisadi gəlir gətirər.

Ailə planlamasına yatırılan hər dollar digər sahələrdə qənaətlə sonuclanır. Bu, Efiopiyada 2, Banqladeşdə 6, Boliviyada 9 dollara bərabərdir.

Əgər Keniyada 200 min yeniyetmə ananın hamısı erkən yaşda uşaq doğmaq əvəzinə orta məktəbi bitirib işə girsəydi, ölkənin illik gəlirinin üstünə 3,4 milyard dollar əlavə olunardı

Ailə planlaması əhali artımını yavaşıdır ki, bu da öz növbəsində qlobal istiləşməni azaldır. Gələn 40 il ərzində ailə planlamasına xərclənən hər 7 dollar atmosferə buraxılan karbon qazının həcmini bir tondan çox azaldır.

XS
SM
MD
LG