Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:56

İlham Əliyev: 'Azərbaycan azı 100 il...'


İ.Əliyev
İ.Əliyev

««Şahdəniz» qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir. Qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb».

Prezident İlham Əliyev bu gün, sentyabrın 6-da «Xankəndi» sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxışında belə deyib.

«Xankəndi» sualtı gəmisinin tikintisi 2014-cü il aprelin 17-də Bakı Gəmiqayırma Zavodu ilə «BP Exploration» arasında imzalanmış müqavilə əsasında inşa edilib. Müqavilənin dəyəri 400 milyon dollara yaxın olub. Gəminin 550 metrə kimi dərinlikdə sualtı qurğular inşa etmək məqsədilə layihələndirildiyi bildirilir.

«Xankəndi»nin 2017-2027-ci illərdə «Şahdəniz mərhələ 2» layihəsinin sualtı quraşdırma işlərində istifadə edilməsi planlaşdırılır.

***Buna da bax-'Super benzin'in yenidən bahalaşdığı deyilir

Ölkə başçısı həmçinin, bildirib ki, Azərbaycan xarici tərəfdaşlarla əlaqəni düzgün qurub:

«Biz bütün bu işləri ardıcıl şəkildə aparırıq. Sərmayə qoyulub, xarici tərəfdaşlarla işlər düzgün qurulub. Azərbaycanda platformalar, üzən qurğular, belə nəhəng gəmilər, Səngəçal terminalı, neft-qaz kəmərləri inşa edilir. Azərbaycanın neft-qaz sektoruna kompleks şəkildə, düşünülmüş və planlı surətdə böyük sərmayə qoyulub. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm SOCAR şirkətlərinin birgə fəaliyyətini də qeyd etməliyəm. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır».

Neft pulları səmərəli xərclənibmi?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

«BU, BƏDBİN, QƏRƏZLİ FİKİRLƏRƏ CAVABDIR»

İ.Əliyev bildirib ki, bir neçə gündən sonra «Azəri-Çıraq-Günəşli» yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur.

«Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var», - deyən prezident bildirib ki, 1994-cü ildə «Əsrin kontraktı» imzalananda bəzi qüvvələr Azərbaycanda kifayət qədər neftin olmadığını iddia ediblər:

***Buna da bax-Gürcüstan 'Şahdəniz Mərhələ 2'ni seçir [video]

«İndi 20 ildir ki, biz «Azəri-Çıraq-Günəşli»dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlayıb. 20 ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər «Azəri-Çıraq-Günəşli»dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, həm də eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var».

İ.Əliyev «Şahdəniz» yatağının minimum qaz ehtiyatının 1.2 trilyon kubmetr olduğunu bildirib. Onu dünyanın ən böyük qaz yataqlarından biri kimi dəyərləndirib.

«Ümumilikdə isə, qaz ehtiyatlarımız 2.6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək», - İlham Əliyev bildirib.

XATIRLATMA

«Şahdəniz-2» layihəsi çərçivəsində bu yataqdan hasil edilən qazın 2020-ci ildə «Cənub qaz dəhlizi» vasitəsilə Avropaya nəqli nəzərdə tutulur.

«Şahdəniz» yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb. Səhmdarlar BP (28.8 faiz), TPAO (19 faiz), «Petronas» (15.5 faiz), SOCAR (10 faiz), «LUKoil» (10 faiz), NICO (10 faiz) və SGC (6.7 faiz) şirkətləridir.

«Şahdəniz 1» layihəsində hazırda ildə 9 milyard kubmetr qaz hasil olunduğu bildirilir.

«Şahdəniz 2» layihəsində ümumilikdə illik 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir.

«Azəri-Çıraq-Günəşli» yatağından Azərbaycanın indiyə kimi 130 milyard dollara yaxın gəlir əldə etdiyi bildirilir. Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8 faiz ), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləridir. Yataqda habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətlərinin də payı var.

XS
SM
MD
LG