Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

MTN-in keçmiş şefinin istintaqa çağrıldığı deyilir


Eldar Mahmudov (Arxiv)
Eldar Mahmudov (Arxiv)

Ləğv edilmiş Milli Təhlükəsilzik Nazirlyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovun bu gün,noyabrın 4-də Baş Prokuroluğa çağrıldığı bildirilir.

Bu barədə “Turan” Agentliyi Baş Prokuroluğa istinadən məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, buna qədər keçmiş nazirin köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə və səlahiyyətdən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Onun barəsindəməhkəmə qərarı ilə 4 aylıq həbs qət-imkan tədbiri seçildiyi deyilir.

Baş Prokuroluqdan bildiriblər ki, E.Mahmudovelə bu məsələ ilə bağlı Aır Cinaytlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Yerli saytların bildirməsinə görə, Büqar Mahmudov Eldar Mahmudovun əmisioğludur.

MTN işi: Eldar Mahmudov da məhkəməyə çıxarılacaqmı?
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Xatırlatma

2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən çıxarılıb.

MTN-in 20-dən çox yüksək vəzifəli zabitlərinə quldurluq, reketçilik, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi vəqanunsuz dinləmələr ilə bağı ittiham verilib.

Onlardan bəzilərinin məhkəməsi başa çatıb. Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmişrəisigeneral Akif Çovdarov 12 il həbs cəzası alıb

2015-ci ilin dekabrında bu nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Ancaq aradan keçən 2 il ərzindəE.Mahmudov nə istintaqa, nə də şahid kimi məhkəməyə çağırılmışdı.

Buna da bax: Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'

XS
SM
MD
LG