Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Rusiyalı atletə dopinq ittihamı


İllüstrativ foto
İllüstrativ foto

İdman üzrə Arbitrasiya Məhkəməsi (CAS) rusiyalı kerlinq medalçısı Aleksandr Krushelnitsky-nin Pxençxan olimpiya oyunlarında dopinq qaydalarını pozmaqda şübhəli bilindiyini təsdiqləyib.

Məhkəmə fevralın 19-da bildirib ki, “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xahişinə əsasən” Krushelnitsky-yə qarşı “prosedur başladıb”.

MƏHKƏMƏNİN VAXTI TƏYİN OLUNMAYIB

CAS məhkəmə vaxtının təyin olunmadığını qeyd edib.

Krushelnitsky həyat yoldaşı Anastasia Bryzgalova ilə birlikdə fevralın 13-də Pxençxan Qış Olimpiya oyunlarında bürünc medal qazanıb.

*** Buna da bax: BOK rəhbəri rusiyalı atletlərə baş çəkib

“Reuters” bir mənbəyə istinadla yazıb ki, Krushelnitsky qadağan olunmuş meldoniumun qəbulunda şübhəli bilinir. Bu maddə qan dövranını, atletlərin gücünü artırır.

Khruselnitsky-dən öncə Pxençxanda daha bir idmançıda dopinq tapılıb.

Bu dəfə təsdiqlənərsə, bu, rusiyalı atletlərin oyunların bağlanış mərasiminə öz bayraqları altında qatılmasına təsirini göstərə bilər.

“NƏZƏRƏ ALINACAQ”

“Təsdiqlənərsə, bu, bir sıra digər faktorlarla birlikdə nəzərə alınacaq”, – BOK-un sözçüsü Mark Adams deyib.

Rusiyanın tennis ulduzu Maria Sharapova da 2016-cı ildə meldoniuma görə yarışlardan 18 aylığa uzaqlaşdırılıb.

Nümayəndə heyətinin sözçüsü Konstantin Vybornov fevralın 19-da “Reuters”ə deyib ki, Krushelnitsky “B” testinin nəticəsini gözləyir, bunun günün sonunadək açıqlanacağı gözlənir.

*** Buna da bax: Olimpiya Oyunlarına kiberhücum olub

Vybornov durumu “sadəcə cəfəngiyat” adlandırıb. “Reuters” Krushelnitsky-nin şərh vermədiyini bildirib. Kerlinq məşqçisi Sergei Belanov deyib ki, dopinq qaydalarını pozmaq “axmaqlıqdır” və Aleksandr axmaq deyil.

Rusiya komandası məhz dopinq qalmaqalına görə olimpiyaya buraxılmayıb. 169 idmançı Rusiyadan Olimpiya Atletləri adı altında yarışlara dəvət alıb.

BOK bildirmişdi ki, rusiyalılar yarışlar boyunca BOK-un mandat verdiyi statusa əməl edərlərsə, onların oyunların bağlanış mərasiminə Rusiya bayrağı ilə Rusiya Komandası formasında qatılmasına icazə verə bilər.

Rusiya rəsmiləri uniformaların hazır olduğunu bildirmişdi.

XS
SM
MD
LG