Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Əfqanıstandan heroin dünyaya necə yol tapır


Əfqanıstanda xaşxaş mövsumu, 2018-ci il
Əfqanıstanda xaşxaş mövsumu, 2018-ci il

Ötən il Əfqanıstandan Avropa bazarlarına və digər yerlərə heroin təchizatı dəyişməyib. Baxmayaraq ki, son illər, özəlliklə də 2015-2017-ci illərdə bu ölkədə illik xaşxaş becərilməsi ciddi şəkildə artıb. Bu haqda Beynəlxalq Narkotiklərə Nəzarət İdarəsinin 2018-ci il hesabatında deyilir.

BMT-nin Narkotiklərə Nəzarət İdarəsi bunu qaçaqmalçıların təchizatı sabit saxlamaq cəhdi ilə izah edir. Daha bir səbəb heroinin müxtəlif yerlərdən yığılan tiryək xaşxaşından hazırlanması ehtimalıyla bağlı ola bilər.

Ötən il Əfqanıstanda xaşxaş əkininin 20 faiz azalmasına baxmayaraq, bu ölkədə sözügedən məhsulun yetişdirilməsi yüksək səviyyədə qalıb. Azalma ölkədəki quraqlıq və quru tiryəkin birinci əldən alış qiymətinin düşməsiylə bağlıdır. Potensial tiryək istehsalı da 29 faiz azalıb. Ötən il cəmi 6 min 400 ton xaşxaş hasil olunub, bir il öncə bu rəqəm 9 min ton idi.

Əfqan narkoman
Əfqan narkoman

MARŞRUTLAR

İran, Türkiyə və Balkan ölkələrindən keçərək Qərbi və Mərkəzi Avropa bazarlarına gedən “Balkan marşrutu” Əfqanıstandan tiryəkin əsas nəql marşrutudur. Balkan marşrutu üzərində yerləşən ölkələrin müsadirə etdiyi heroin dünyada tutulanın 37 faizini təşkil edir. Eyni zamanda 2017-ci ildə əfqan tiryəki Balkan marşrutunun başqa bir qoluyla da daşınır. Bu qol İrandan, Cənubi Qafqaz ölkələrindən keçərək Qara Dəniz vasitəsilə Ukraynaya, oradan Şərqi Avropaya çıxır.

Hələ “şimal marşrutu” da var, Orta Asiya ölkələrindən keçərək Belarus, Litva və Rusiya bazarlarına çatdırılır. Amma Orta Asiyanın əksər ölkələrinin ərazisindən daşınan tiryəkin həcmi ya dəyişməyib, ya da sabit qalıb.

Avropaya çatdırılan tiryəkin 9 faizə qədər “cənub marşrutu” ilə daşınır. Əfqanıstandan Pakistana, oradan Körfəz ölkələri və Şərqi Avropa vasitəsilə Avropaya gedir.

Bundan başqa Əfqanıstandan narkotik maddələr Hindistana və Cənubi Asiyanın digər ölkələrinə də aparılır, oradan isə Avropa və Şimali Amerika bazarlarına çatdırılır.

XS
SM
MD
LG