Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

Tacikistanda vərəm və İİV xəstələri cərimə ödəyəcək


Tacikistanda vərəm dispanseri
Tacikistanda vərəm dispanseri

Tacikistan hakimiyyəti vərəm və İİV-in (insanda immun çatışmazlığı virusu) aktiv formasına yoluxan, ancaq müayinə və müalicədən imtina edən pasientlər üçün cəzaları sərtləşdirib. Bundan sonra onlar 1650 somonidən 2200 somoniyədək (175-230 dollar)cərimə ödəməli olacaq. Tacikistanın bir çox regionlarında bu, aylıq maaşın yarısına, bəzən ondan artığına bərabərdir. Dəyişikliklər avqustun əvvəlindən qüvvədədir.

2016-cı ildən vərəm xəstələrini məcburi müalicə etməyə başlayıblar, ancaq xəstələrin çoxu həkimə getmir. Dövlət orqanları hesab edir ki, cərimələr müalicədən imtina edənlərin sayını azaldar, yoluxucu xəstləliklərin yayılmasını dayandırar. Ancaq ekspertlər bu fikirlə razılaşmırlar, deyirlər ki, cərimələr əsasən aztəminatlı xəstələrə təhdid yaradacaq, belələrinin durumu onsuz da pisdir.

Gənc qızların elçi qorxusu

Son illər Tacikistanda vərəm və İİV xəstələrinin sayı kəskin artıb. Hazırda ölkədə 7 mindən çox İİV və 10 minə yaxın vərəm xəstəsi var. Bir çox ekspertlər real rəqəmlərin daha artıq olduğunu bildirir. Əmək miqrantlarının sayı durumu daha da mürəkkəbləşdirir. Onların çoxu Rusiyada xəstələnir və Tacikistanda qeydiyyata durmur. Tacik qışlaqlarındakı sıxlıq isə vərəmin sürətlə yayılmasına səbəb olur.

“Tacikistanda vərəmlə mübarizədə əməkdaşlıq” layihəsinin koordinatoru Safar Naimov deyir ki, tacikistanlıların çoxu ayrıseçkiliyə məruz qalmaqdan qorxaraq vərəmə yoluxduqlarını gizlədirlər.

“Adətən xəstəliyini qızlar gizlədirlər: onlar tibb ocaqlarından yan keçir, xalq təbabətinə üz tuturlar. İnsanların münasibətindən çəkinir, onlara elçi gəlməyəcəyindən qorxurlar. Həkimlər danışırlar ki, bir dəfə bir gənc həyat yoldaşının vərəmə yoluxduğunu bilincə talağını verib”, – Naimov deyir.

Bir çox hallarda valideynlər də elçiləri qaçırtmamaq üçün qızlarının xəstəliyini gizlədir, həkimə müraciət etmirlər.

XS
SM
MD
LG