Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Sərxoş turistlər Praqanı ‘işğal edir’


Praqada turistlər
Praqada turistlər

“The Guardian” qəzeti Çexiyanın paytaxtı Praqada turist çoxluğunun yaratdığı problemlərdən yazır.

55 yaşlı fotoqraf Eugen Kukla 120 içkili turistin gecəyarısı səs-küylə onun evinin yanından keçməsini lentə alıb. Bu, şəhərin mərkəzində yerləşən, adətən sakit küçədə normal gecə həyatının pozulması deməkdir. Fotoqraf turistlərin bir bardan digərinə getməsini lənətləyə-lənətləyə kütləni çəkərkən bəziləri gülümsəyərək kameraya əl eləyib.

“Bu, mənim şəxsi hisslərimin ifadəsidir, uzun illər boyunca yığılmış məyusluqdur. 10-15 ildir belə davam edir və durum indi daha da pisləşib”, – o deyib.

Minlərlə çex 1968-ci ilin 21 avqustunda sovet işğalının ildönümünə anmağa gedərkən müxtəlif ölkələrdən gəlmiş turistlər küçələrdə başqa bir missiyayla dolaşırdı, əylənmək və sərxoş olanadək içmək.

Məqalədə bunun “aşırı turizm”ə dəlalət etdiyi vurğulanır. Daha çox Barselona, Amsterdam, Venesiya, Edinburq üçün səciyyəvi olan fenomen artıq Praqaya da çatıb. 1989-cu ilin məxməri inqilabınadək bu şəhər turistlərin üzünə qapalı idi.

2000-ci ildə Praqanı 2,62 milyon, ötən ilsə 8 milyonadək turist ziyarət edib. Bu il turist sayının 9 milyona yüksələcəyi gözləyir.

Bu tendensiya Praqanı dəyişir, şəhər sakinlərini şəhər mərkəzindən uzaqlaşdırır və buranı yalnız turist zonasına çevirir. Bu ildən şəhərin ilk “gecə meri” kimi fəaliyyətə başlamış Jan Štern bu durumu “alçaldıcı” sayır. O, bar sahiblərini dilə tutmağa çalışır ki, turistlərin bir bardan o birinə keçməsini önləsinlər, qonşuluqda yaşayanlar üçün şərtləri dözülməz edən səs-küyü yasaqlasınlar.

“Şəhərimizin tarix mərkəzindən əl çəkməməyimiz, onun ölü zonaya çevrilməsini önləməyimiz çox vacibdir”, – Štern deyib.

Qəzet yazır ki, hakimiyyət Praqanın ucuz əyləncə məkanı kimi artan nüfuzundan əndişələnməyə başlayıb, şəhərə, ona sayqısızlıq göstərənlərə qarşı sərt davranılacağını bildirir.

XS
SM
MD
LG