Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Erdogan Suriyayla bağlı nələri razılaşdıra bildi


(sağdan) İran Prezidenti Hassan Rouhani, Türkiyə lideri Recep Tayyip Erdogan və Rusiya Prezidenti Vladimir Putin
(sağdan) İran Prezidenti Hassan Rouhani, Türkiyə lideri Recep Tayyip Erdogan və Rusiya Prezidenti Vladimir Putin

Türkiyə, Rusiya və İran Suriyanın İdlib regionunda gərginliyi azaltmaq, humanitar fəlakətin dərinləşməsini əngəlləmək vədi veriblər.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan sentyabrın 16-da Ankarada Rusiya və İran liderləri ilə Suriyada səkkiz ildir gedən vətəndaş müharibəsində davamlı atəşkəsin yollarını müzakirə ediblər.

Prezidentlər Vladimir Putin, Hassan Rohani və Erdogan 5-ci sammitdən öncə təkbətək görüşüblər. Onların Suriyanın şimal-qərbində üsyançıların sonuncu istehkamı olan İdlib regionunu müzakirə ediblər.

Suriyada kürd döyüşçü
Suriyada kürd döyüşçü

Daha artıq məsuliyyət götürmək

Liderlər humanitar böhranın pisləşməsini önləmək, gərginliyi azaltmaq vədi veriblər.

Ötən il Rusiya və Türkiyənin imzaladığı bufer zonası razılaşmasının məqsədi İdlibi hökumətin hücumundan qorumaq idi. Ankara razılaşma çərçivəsində ərazidə 12 müşahidə postu saxlayır. Ancaq Rusiyanın havadan dəstəklədiyi Suriya qüvvələrinin İdlib üzərinə hücuma keçəcəyindən ehtiyatlanır.

Suriya hökumətinin hava zərbələri yüzminlərlə suriyalının Türkiyəyə sərhədə doğru axın etməsinə səbəb olub.

İdlibdə böyük bir münaqişə Türkiyəyə qaçqın axınının artması deməkdir. Hazırda Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır.

Rusiya və İran Suriya Prezidenti Bashar al-Assad-ı dəstəkləyir, Türkiyə isə ona qarşı çıxaraq müəyyən üsyançı qrupların arxasında durur.

“Biz elə bir dönəmdəyik ki, Suriyada sülhdən ötrü daha artıq məsuliyyət götürməli, biz üç ölkə daha çox yük daşımalıyıq”, – Erdogan deyib.

Birgə bəyanatda üç lider daha öncə əldə olunmuş razılaşmaların pozulmasını dayandırmaq üçün “konkret addımlar” atmağa boyun olurlar.

Suriyada İŞİD təhlükəsi qalırmı

Erdogan Suriyada İslam Dövlət qruplaşmasının yaratdığı təhdidin böyük olmadığını deyib. Putin isə bildirib: “Əlbəttə, biz Suriyanın şimal-şərqindəki durumdan narahatıq, burada İŞİD-in yatmış özəkləri baş qaldırır”.

Rohano isə Birləşmiş Ştatları Suriyanın şimal-şərqindən əsgərlərini çıxarmağa çağırıb.

Trump ötən il deyirdi ki, Suriyadakı əsgərləri çıxaracaq, aparıcı müşavirləri və komandirləri isə buna qarşı çıxırdı.

“Suriyada sülhü hərbi qarşıdurma deyil, diplomatiya təmin edə bilər”, – Rohani vurğulayıb.

Birgə bəyanatda liderlər onu da vurğulayırlar ki, Suriyada siyasi həllin növbəti mərhələsinə keçiddən ötrü konstitusiya komitəsinin tərkibiylə bağlı razılıq əldə ediblər.

Erdogan Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılmasından, oraya hazırda Türkiyədə yaşayan 3 milyonadək qaçqının yerləşdirilməsindən danışıb. Ancaq birgə bəyanatda Türkiyənin bu planlarına toxunulmayıb, Putin, yaxud Rohani də ona şərh verməyib.

Bəyanatda deyilir ki, növbəti sammit Tehranda olacaq, regional və beynəlxalq proseslər, müxtəlif sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

XS
SM
MD
LG