Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Thomas de Waal: ‘Qalib Mehriban Əliyeva və Paşayevlərdir’


Mehriban Əliyeva
Mehriban Əliyeva

İndiyədək Azərbaycan dəyişməz davamlılıq adası olub, ancaq artıq nəsil silkələnməsi başlanıb. Gözləntilər artır, müxalifət canlanır, 2020-ci il Azərbaycan Prezidenti İlham Əliyev üçün bir sınaq ili olacaq. Bunu Karnegi fondunun aparıcı əməkdaşı Thomas de Waal yazır.

Müəllif son bir neçə həftədə normalda sabit ölkə sayılan Azərbaycanda ard-arda baş verənlərə toxunur. Oktyabrın 19-20-də polis müxalifətin və qadın fəalların aksiyalarını zorakılıqla dağıdır, onlarla etirazçını saxlayır. Buna paralel siyasi dəyişikliklər gedir. Hakimiyyəti atasından miras almış İlham Əliyev indiyədək qoca nazirlər qvardiyasını yerindən tərpətməyə qorxurmuş kimi görünürdü. Amma oktyabrın 23-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yola saldı. Mehdiyev daha çox fəxri vəzifə sayılan AMEA prezidentliyinə getdi.

“Mehdiyev ölkədə ikinci güclü şəxs, avtoritar və antiqərb siyasətin əsas ideoloqu idi”, – yazan müəllif hökumətə bir sıra daha gənc texnokrat xadimlərin irəli çəkildiyini vurğulayır.

Thomas de Waal hakimiyyətdə nəsil silkələnməsinin getdiyini qeyd edir. Ancaq “bu, böyük islahat deməkdirmi?” deyə sual edir və bu mövqeyə skeptik yanaşmağa bir sıra səbəblər olduğunu yazır.

Mübarizənin qalibi

2000-ci illərin neft bumunun geridə qaldığını, 2015-ci ildə manatın devalvasiyası ilə hökumətin imicinə böyük zərbə dəydiyini yazan müəllif əhalinin gəlirlərinin azaldığını qeyd edir. Doğrudur, o vaxtdan durum nisbətən düzəlib, iqtisadiyyatda qeyri-neft sektorunun payı az da olsa artıb. Nəqliyyat nazirliyi ixtisar olunub, biznesmenler gömrük işçilərini son illər daha az korrupsiyaya yol verdiyini deyirlər. Bunları “avtoritar modernləşmə” adlandırmaq olar, ancaq ictimaiyyətin alqışlamasına baxmayaraq, yetərli olacaqmı?

“Sistemi bir çox halda Azərbaycana uyğun gələn Rusiyada Mikhail Gorbachev-dən tutmuş Dmitry Medvedev-ə qədər bir sıra liderlər öyrəndilər ki, yarıçiy islahatlar ictimaiyyəti ümidləndirə bilər, ancaq sonradan əks-reaksiya doğurar.

Üstəlik, bütün son baş verənlər vaxtilə nüfuzlu, ölkəni idarə edən, Ramiz Mehdiyevin də aid olduğu Naxçıvan klanının çöküşü sayılırsa, bu ancaq ona görə baş verir ki, yerini Bakının biznes-siyasi elitasına verir.

Bu mübarizənin təmiz qalibi ölkənin birinci ledisi, birinci vitse-prezidenti Mehriban Əliyeva və onun mənsub olduğu Paşayevlərdir. Hazırda Əliyeva hökumətdə iqtisadi toplantılara sədrlik edir”, – məqalədə deyilir.

Sınaq ili

Müstəqil iqtisadçı Qubad İbadoğlu sıravi vətəndaşların faydalanması üçün iqtisadiyyatda kütləvi restrukturizasiyasının gərəkdiyini vurğulayıb. O qeyd edib ki, bu ilin büdcəsinin 39,9 faizi yenə də əsas korrupsiya yemi olan tikintiyə, 4,2 faizi səhiyyəyə, 0,06 faizi ətraf mühitin qorunmasına ayrılır.

REAL partiyasının lideri İlqar Məmmədovun fikrincə, “fundamental problem bu hökumətin mənəvi hakimiyyətini itirməsidir. Onlar hakimiyyətdə inersiya ilə qalıblar”.

Müəllif son 25 ildə ölkədə seçkilərin formal keçirildiyini, hakim partiya və Ramiz Mehdiyev tərəfindən sərt nəzarət olunduğunu, onun parlamentə namizədləri seçdiyini yazır. Mehdiyevin gedişilə siyasi məkanın azacıq açıldığını yazan Thomas de Waal bu arada rejimin zəifliyinin üzə çıxdığını qeyd edir.

“Məmmədov düşünür ki, ya müxalifət parlamentə düşəcək, ya da səsvermə ədalətsiz olacağı halda ictimaiyyəti hərəkətə gətirə biləcək. Digərlərinin fikrincə, o, öz şanslarını olduğundan artıq qiymətləndirir, ancaq azından onun strategiyası var.

2020-ci il Azərbaycan üçün sınaq ili olacaq. Ondan gözləntilər artarsa, dirçələn müxalifətlə üzləşərsə, İlham Əliyev təcrübəli avtoritar qoca mühafizəçini kənarlaşdırdığına heyfsilənə də bilər”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG