Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Hər iki rusiyalıdan biri mühacirət arzusundadır


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

18-24 yaşlı rusiyalıların 53 faizi ölkədən getmək istərdi. Bu, 2009-cu ilin aprelindən maksimum göstəricidir. Sorğunu “Levada” mərkəzi keçirib.

Bütün yaş qruplarına aid respondentlərin isə 21 faizi mühacirət etmək istədiyini söyləyib.

Mühacirətə böyük maraq göstərən ikinci yaş qrupu isə 25-39 yaşlılardır, onların 30 faizinin belə bir fikri var.

5 il qabaq cəmi 20 faiz getmək istəyirdi

2014-cü ildə oxşar sorğu keçiriləndə 18-24 yaş qrupu respondentlərinin 20 faizi ölkədən getmək istədiyini demişdi.

O vaxtdan bu rəqəm yüksəlməyə başlayıb. Bu ilin may-sentyabr aylarında isə siyasi narazılıq pik həddə çatıb, ardıcıl etiraz aksiyalarında yüzlərlə adam saxlanıb, polis etirazları zorakılıqla dağıdıb.

Etirazlara bir sıra müxalifətçilərin sentyabrda bələdiyyə seçkilərinə buraxılmaması səbəb olmuşdu.


Rusiyalıları mühacirətə vadar edən səbəblərə gəlincə, bunlar sadalanır:

  • Xaricdə övladlarına layiqli gələcək təmin etmək (45%);
  • Ölkədəki iqtisadi durum (40%);
  • Siyasi vəziyyət (33%);
  • Xaricdə tibbi xidmətlərin yüksək səviyyədə olması (35%);
  • Xaricdə təhsilin yüksək səviyyədə olması (26%);
  • Rusiyadan kənarda karyera yüksəlişi imkanları (28%).

56% deyir ölkə “yanlış yoldadır”

“Levada” onu da qeyd edir ki, getmək arzusunu daha çox dilə gətirənlər (26%) ali təhsilli respondentlərdir.

Ölkədən getmək istədiyini deyənlərin 56 faizi Rusiyanın “yanlış yolda” getdiyini düşünür, “ölkədə baş verənlər üçün xəcalət çəkir”.

Mühacirəti bir yol hesab edənlərin 73 faizi deyib ki, Putinin siyasətini dəstəkləmirlər, 39 faiz isə Rusiyada siyasi hadisələrdə iştiraka hazır olduqlarını dilə gətiriblər.

“Son vaxtlar möhkəmlənən hisslərə gəlincə, ölkədə baş verənlərlə bağlı məyusluq (ölkədən getməyi düşünənlərin 17, bunu ağlından keçirməyənlərin isə 10 faizi) və utanc (18% vs 11%) hisslərini qeyd etmək olar. Respondentlərin bu qrupu arasında gələcəyə ümid (27% vs. 37%) azacıq da olsa güclənib”, – “Levada”nın hesabatında deyilir.

XS
SM
MD
LG