Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:42

İlham İsmayıl: 'Onlara dərs verirlər. Amma...'


İlham İsmayıl, 1 oktyabr 2009
İlham İsmayıl, 1 oktyabr 2009

Bu günlər Neftçala rayon İcra Hakimiyyətinin başçısı, onun birinci müavini, baş həkim, təhsil şöbəsinin müdiri və bu rayonda bir sıra başqa şəxslər həbs edilib. Bu barədə məlumat Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) fevralın 21-də yaydığı açıqlamada yer alıb. İcra başçısı ( artıq keçmiş, fevralın 20-də vəzifədən çıxarılıb) İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, külli miqdarda təkrar rüşvət almada, mənimsəmədə, başqaları isə rüşvətalma və rüşvətvermədə şübhəli sayılırlar.

DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirərəkən, fevral 2020
DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirərəkən, fevral 2020

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azadlıq Radiosuna deyib ki, DTX-nin keçirdiyi bu əməliyyatın fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərinin nəticələrindən diqqətləri yayındırmağa xidmət etməsi ilə bağlı fikirləri qəbul etmir:

“Bu gündəmi dəyişmək məsələsi deyil. Yəni, bu əməliyyata seçki gündəmini dəyişmək mövqeyindən yanaşmaq olmaz. Elə deyil. Bu əməliyyatdır, əməliyyata isə bəzən günlərlə, bəzən aylayla hazırlıq lazım gəlir. ”

“Gərək bütün rüşvət alanlar da...”

İ.İsmayıl əlavə edib ki, bunu sırf rüşvətxorluqla mübarizə kimi də qəbul etmir:

“Əgər elə bir mübarizə aparılsa idi, gərək bütün rüşvət alanlar da həbsə alınmalı idilər. Burada bir balaca imitasiya yaradırlar. Həm də elə adamlar var ki, bütün hədləri aşırlar, kimlərinsə adamıdırlar. Görünür bu saxlanmalarla həm də onlara dərs verirlər”.

Ekspert baş verənlərə hakimiyyət daxili məsələ kimi baxır:

“Bu onların daxildə olan öz işləridir və buna görə, bunu rüşvətlə mübarizə hesab etmirəm. Onun imitasiyasıdır, amma reallıqdır ki, bu baş verir. Amma bu da var ki, birdən-birə bütün rüşvət alanların hamısını həbs etmək də mümkün deyil. Onda gərək başdan-ayağa hamısənı həbsə alasan”.

“Onlara dərs verirlər”

İ.İsmayıla görə, belə addımların xalq arasında təsiri də böyük olur. Onun fikrincə bununla xalqa xüsusi mesaj da çatdırılır:

“Bax görürsünüz biz rüşvətxorlara qarşı mübrizə aparırııq. Hər icra başçısının yuxarılarda, daha yuxarılarda, ən aşağısı nazir səviyyəsində, himayəçiləri var, bu həm də həmin himayədarlara işarədir. Yəni “himayədarınız var, deyə sizə heç nə edə bilməyəcəklər” kimi düşüncələrə düşməyin. Belə hallar isə bir növ hakimiyyət daxili münasibətlərin bu və ya digər şəkildə üzə çıxmasıdır ”.

Ekspert belə addımların gəlcəkdə komitə sədri, nazir səviyyəsində də atıla biləcəyini istisna etmir:

“Proses davam edəcək, çünki hakimiyyətdaxili münasibətlərdə hər kəsin himayədarı var, müəyyən qruplaşmlara daxildirlər. Onlara dərs verirlər. Amma bütünlüıkdə mahiyyət dəyişmir”- deyə İ.İsmayıl bildirir.

“Bu ciddi siqnaldır”

Zahid Oruc, 29 oktyabr 2029
Zahid Oruc, 29 oktyabr 2029

Prezidentin yaratdığı Sosial Tədqiqatalar Mərkəzinin rəhbəri Zahid Oruc isə “ Turan” agentliyinə deyib ki, bu saxlanmalar yerli idarəetmə sisteminin fəaliyyətinə dair çox ciddi bir siqnaldır.

Onun sözlərinə görə, bu həbslərdən sonra növbəti mərhələdə yeni islahatlar, institusional tədbirlər gələgcək: “... Şəffaflığı təmin edəcək digər addmların atılması vacib olacaq”

Z.Oruc da hesab edir ki, Neftçala əməliyyatı parlament seçkilərilə bağlı gündəmi dəyişmək məqsədi güdməyib.

“Yeni hakimiyyət quruculuğu prosesidir”

Ağstafanın həbs olunan keçmiş icra başçısı Nizaməddin Quliyev (solda) və onun müavini, 2019
Ağstafanın həbs olunan keçmiş icra başçısı Nizaməddin Quliyev (solda) və onun müavini, 2019

O, xatırladıb ki, Ağstafada analoji əməiyyat keçirilən zaman hələ seçkilər yox idi. Onun fikrincə, hakimiyyətin qarşısında heç də sırf post-seçki ruhunda müxtəlif sosial qrupların davranışlarına təsir göstərmək, siyasi qüvvələrin hər hansı etirazlarını söndürmək üçün gündəmi dəyişmək kimi hədəf yoxdur:

“Üç ay sonra da belə addımlar atıla biləcəyi təqdirdə onun yan effektini, ya hansısa arxa planını, gizlin niyyətlərini axtramağa dəyməz. Hakimiyyət yeniləşmə prosesini 2019-cu ildən başlayıb. Bu məncə prezident İlham Əliyevin yeni hakmiyyət quruculuğu siyasətidir, bunu açıq mətnlə də ifadə edirik. Yəni bu təkcə islahatlar, yeni kurs tədbirləri, yeni təfəkkürə malik kadrların irəli çəkilməsi, elitada əvəzlənmə prosesləri deyil, daha artıq dərəcədə yeni hakimiyyət quruculuğu prosesidir”

Z.Oruc hesab edir ki, xalq da bu tədbirləri müsbət qaşrılayır. Onun fikrincə bu proses davam edəcək:

“Hakimiyyət bu prosesin, bu xəttin qırılmasına yol verməyəcək və hesab edriəm ki, 2019-cu ildən başlamış bu kurs hər hansı əngəllənmyə məruz qalmadan irəliyə gedəcək”

Ancaq, hələlik, nə DTX-nin asçıqlamasına, nə də bu yazıda ekspertlərin səsləndirdiyi fikirlərə həbs edilən həmin şəxslər və onların müdafiəçilərindən münasibət almaq mümükün olub.

Xatırlatma

DTX əməliyyatı: Ağstafa icra başçısı və müavini həbs edildi
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

Bundan öncə, 2019-cu il dekabrın 19-da DTX-nın keçirdyi əməliyyat nəticəsində isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Yevlax şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov həbs edilmişdi.Onlara da qarşı oxşar ittihamlar irəli sürülüb.

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Artıq dörd dairədə nəticələr ləğv edilib. Habelə 20-yə yaxın dairədə 60 civarında məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən bəzi qüvvələr isə bu seçkiləri boykot etmişdilər. Onlar hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.

Rəsmilər bu mövqeyi qəbul etmirlər.

XS
SM
MD
LG