Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:40

Bakıdan getdiyi deyilən iranlı tələbədə koronavirus tapılıb


Arxiv fotosu
Arxiv fotosu

İranda koronavirusa 4 deputat yoluxub

İranda dörd deputatda koronovirus aşkarlanıb. Virusun ölkədə sürətlə yayılması nəticəsində bir çox məscidlərdə cümə moizələri təxirə salınıb.

Parlamentin rəyasət heyətinin üzvü Mohammad Ali Vakili fevralın 28-də tvitində 4 deputatın virusa yoluxduğunu təsdiqləyib.

Bundan başqa İranın bir sıra aparıcı rəsmilərində də virus aşkarlanıb. Onların içində qadın və ailə məsələləri üzrə vitse-prezident Masoumeh Ebtekar da var.

Artıq İranda koronovirusdan ölənlərin sayı 34-ə çatıb, 388 nəfər isə virusa yoluxub.

Tehranda və 22 vilayət paytaxtında cümə moizələri təxirə salınıb. Səhiyyə Nazirliyi toy və dəfn kimi kütləvi tədbirlərə qatılmamağı tövsiyə edib.

İndiyədək onlarla ölkədə koronavirusa 83 min yoluxma halı, 2 min 800 ölüm qeydə alınıb. Ən çox yoluxma və ölüm Çindədir.

***

Belarus hakimiyyəti koronavirusa ilk yoluxma halının aşkarlandığını açıqlayıb. Yoluxan şəxsin İrandan bir tələbə olduğu, fevralın 22-də Bakıdan getdiyi bildirilir.

Səhiyyə Nazirliyi fevralın 27-də bildirib ki, həmin şəxsdə COVID-19 virusu aşkarlanıb. Pasiyentin vəziyyətinin “qənaətbəxş” olduğu, Minsk Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində saxlandığı bildirilir.

Qonşu Litvada da koronavirusa ilk yoluxma qeydə alınıb. Yoluxan qadının bu həftə İtaliyanın şimalındakı Verona şəhərinə səfərdən qayıtdığı bildirilir.

Avropada koronavirus ən çox İtaliyada yayılıb, 17 nəfər dünyasını dəyişib, 350 nəfər yoluxub.

Nigeriyada ilk yoluxma halı

Nigeriya isə ilk Saharaaltı Afrika ölkəsi olaraq koronavirusa yoluxma halını təsdiqləyib. Səhiyyə naziri Osagie Ehanire fevralın 28-də Twitter-də yazıb ki, “yoluxan şəxs Nigeriyada işləyən İtaliya vətəndaşıdır, fevralın 25-də Laqosdan Milana qayıdıb”.

Nazir xəstənin klinik durumunun sabit olduğunu, ciddi simptomlar büruzə vermədiyini, xəstəxanaya yerləşdirildiyini bildirib.

Bundan qabaq Şimali Afrikada – Misir və Əlcəzairdə iki yoluxma halı aşkarlanıb.

Səhiyyə ekspertləri Çinlə sıx iqtisadi əlaqələri olan Afrika ölkələri barədə narahatlıq səsləndiriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, infeksiya Afrika ölkələrində yayılarsa, onlar epidemiyaya reaksiyaya verməkdən ötrü elə də yaxşı təchiz olunmayıb.

Fevralın 28-də Çin COVID-19 virusuna 327 yeni yoluxma, 44 ölüm halı baş verdiyini açıqlayıb. Artıq ölkədə azalma tendensiyası gedir. Ümumilikdə Çində virusa 78 min 824 nəfər yoluxub, 2 min 788 nəfər dünyasını dəyişib.

Çində azalma tendensiyasına baxmayaraq, digər ölkələrdə virusdan ölüm halları artır.

Dünya səhm bazarlarında böyük itkilər yaşanmaqdadır. İnvestorlar narahatdırlar ki, beynəlxalq səyahət və təchizat zəncirlərində virusa bağlı pozuntular Birləşmiş Ştatlarda, Avropa və digər yerlərdə durğunluğa səbəb olar.

XS
SM
MD
LG