Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

Azərbaycan yenə ‘qeyri-azad’ hesab olundu


Fevralın 16-da Bakıda seçkilərin nəticələrinə etiraz aksiyası cəhd olub
Fevralın 16-da Bakıda seçkilərin nəticələrinə etiraz aksiyası cəhd olub

Freedom House hüquq-müdafiə təşkilatı Rusiya və İran kimi “avtoritar ölkələr”də etirazçılara divantutmanı pisləyib. Təşkilat Birləşmiş Ştatlar kimi demokratiyanın ənənəvi müdafiəçilərini də tənqid edib, onların “populist gündəm” naminə ənənəvi müdafiə roluna arxa çevirdiyini vurğulayıb.

Martın 4-də açıqladığı illik hesabatında təşkilat bildirir ki, 2019-cu ildə siyasi və mülki hüquqlar üzrə proqres əldə edənlərlə müqayisədə geriləyən ölkələrin sayı iki dəfə artıb, “qlobal azadlıq sahəsində 14-cü ildir dalbadal pisləşmə baş verir”.

Azərbaycan və qonşuları

Şimali Makedoniya hüquqlar və azadlıqlar üzrə ən çox irəliləyiş əldə edən ölkələr kimi sadalanır. 49 ölkə “qeyri azad” sayılıb, Azərbaycan, Türkmənistan, Tacikistan bu sıradadır.

Azərbaycan siyasi hüquqlar üzrə 2, mülki hüquqlar üzrə 8, yəni cəmi 10 bal yığaraq qeyri-azad ölkələr sırasında yer alıb.

Hakimiyyət təmsilçiləri indiyədək oxşar tənqidləri qəbul etməyib, ölkədə təməl hüquq və azadlıqların tam qorunduğunu söyləyiblər.

Ukrayna və Ermənistanın yeni liderləri üçün ümidverici əlamətlərin olduğu bildirilir.

Qonşulardan Ermənistan 53, Gürcüstan 61 balla qismən azad, İran 17, Rusiya 20, Türkiyə 32 balla qeyri-azad ölkələr elan olunub.

“Dünyada demokratiya hücum altındadır, bu hücumun təsiri təkcə Çin, Rusiya, İran kimi ölkələrdə deyil, daim təməl hüquq və azadlıqları dəstəkləmiş ölkələrdə də hissi olunur”, – qurum bildirir.

Rusiyada hakim Vahid Rusiya partiyası ötən il qubernator seçkilərində bütün yerləri qazanıb, faktiki müxalifət namizədlərini seçkiyə buraxmayıb, seçkidə deyilir.

Belarus və Özbəkistanda parlament seçkilərinin qüsurla keçdiyi, “əsl müxalifətin kənarda qaldığı” vurğulanır. Qazaxıstanda isə çoxdankı Prezident Nursultan Nazarbayev-in hakimiyyəti özünün seçdiyi varisi Qasym-Zhomart Toqaev-ə “saxta seçki” vasitəsilə ötürdüyü qeyd olunur.

Ümid sonda ölür...

Ancaq keçmiş sovet məkanından ümidverici əlamətlərin olduğu da vurğulanır. Məsələn, Ermənistanda Baş nazir Nikol Pashinian, Ukrayna Prezidenti Volodymyr Zelenskiy “ölkələrinin demokratiya hədəflərini uzun müddət əngəlləmiş kleptokratik qüvvələrin kökünü kəsmək yönündə ilkin addımlar atıblar”, qurum bildirir.

Freedom House İranda noyabr etirazlarında təhlükəsizlik qüvvələrinin yüzlərlə adam divan tutmasını pisləyir.

Çinin uyğurlar və digər müsəlman etniklərlə davranışı il ərzində “ölkəiçi repressiyaya ən qorxunc nümunə” adlandırılır.

Hesabatda Birləşmiş Ştatlar da tənqid olunur, bildirilir ki, Prezident Donald Trump administrasiyası demokratiya və insan haqları prinsiplərinə əsaslanan xarici siyasətə davamlı sadiqlik nümayiş etdirə bilməyib.

Qurum qeyd edir ki, Trump İran, Venesuela kimi ölkələrdə “avtoritar pozuntuları” pisləsə də, “Türkiyə və Misir kimi ənənəvi təhlükəsizlik tərəfdaşlarının yol verdiyi aşkar pozuntuları bağışlayıb”.

XS
SM
MD
LG