Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:46

Karantində saxlananlar narazılıq edir


Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında karantində saxlananların bəzilərinin narazılıq etdiyi bildirilib. Bu barədə karantində saxlanan jurnalist Nigar Mübarizə istinadən məlumat yayılıb. Məlumatda qeyd edilib ki, onları yoxlamadan palatalara yerləşdiriblər:

“Üstəlik yastıqlar, döşəküzləri pis gündə. Deyirsən, dəyişin, tibb bacisi cavab verir ki, mənim vaxtım yoxdur”, yayılan videolardan birində bildirilir.

Karantinə götürülən bəzi vətəndaşlar şəraitdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Sosial şəbəkələrdə həmin xəstəxana olduğu deyilən yerdəki durumu əks etdirən videolar və şəkillər yayılıb.

Bundan əvvəl də Azərbaycanda koronavirus şübhəsi ilə karantində saxlanan şəxslərin müxtəlif narazılığı olub. Onlar saxlanma yerlərinin müasir tələblərə cavab verməməsindən şikayətləniblər. Sonradan rəsmi qurumlar bəzi xəstəxanaların baş həkiminin dəyişdirildiyini açıqlayıblar.
Bu məlumata isə, hələlik, Cəlilabad Rayon Xəstəxanasından münasibət almaq mümkün olmayıb.
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxlamaq mümkün olub. Rəvanə Əliyeva hazırda həmin yazılanların araşdırdıqlarını söyləyib:

“Cəlilabad Rayon Xəstəxanasında karantində saxlanılanlar indiyə qədər şikayət etməyiblər. İlk dəfədir belə halla rastlaşmışıq, indi bu məsələ araşdırılır, reaksiya veriləcək”.

Karantində saxlananların etirazı aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 11 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 53 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri iş günləridir.

XS
SM
MD
LG