Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

Gürcüstan fərdi avtomobillərdən istifadəni qadağan edir


Irakli Chikovani
Irakli Chikovani

Gürcüstan aprelin 17-də günortadan başlayaraq bütün ölkə boyunca fərdi avtomobillərdən və başqa şəxsi nəqliyyat vasitələrindən istifadəni qadağan edir.

Hökumət bildirir ki, bu tədbir ölkədə yayılan koronavirus epidemiyasının cilovlanması məqsədini güdür.

Hökumət sözçüsü Irakli Chikovani bildirib ki, qadağan hələki aprelin 21-dək qüvvədə olacaq.

Qadağan yük maşınları və başqa mühüm daşımaları həyata keçirən nəqliyyat vasitələrinə şamil edilmir.

Chikovani deyib ki, bu qərarın qəbul edilməsi “virus yayılmasının aktiv fazasının dayandırılması”, habelə məhdudiyyətlərə baxmayaraq yollarda sıx olan avtomobil axınının azaldılması məqsədini güdür.

Vətəndaşlar qaydalara itaət etməsələr...

Gürcüstanda indiyədək COVID-19 virusuna 348 nəfər yoluxub, 3 nəfər vəfat edib.

Bundan əvvəl Gürcüstanda fövqəladə vəziyyət elan olunmuşdu və o mayın 10-dək davam etməlidir.

Ərzaq mağazaları və apteklər açıq saxlansa da, qalan bütün mağazalar, yanacaqdoldurma məntəqələri və restoranlar bağlanıb.

Chikovani xəbərdarlıq edib ki, gürcüstanlılar fövqəladə vəziyyətin qaydalarına əməl etməsələr, hökumət “tam karantin” elan etməklə məhdudiyyətləri sərtləşdirməyə məcbur olacaq.

Gürcüstan hökuməti habelə aprelin 17-dən vətəndaşlar üçün ictimai binaların içərisində ağız maskası taxılmasını məcburi edir.

Eyni zamanda bütün qəbirstanlıqların bağlanması da elan edilib.

XS
SM
MD
LG