Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

Prezident fermerlərə deyir ki, oruc tutmasınlar


Bosniya və Herseqovinada məscid, 23 aprel, 2020-ci il
Bosniya və Herseqovinada məscid, 23 aprel, 2020-ci il

Braziliya, Türkiyə, Cənubi Afrika hazırda koronavirusa yeni yoluxmaların və ölüm hallarının qızışdığı məkanlardır.

Bu arada dünyada milyonlarla müsəlman müqəddəs Ramazan ayında oruc tutmağa başlayıb.

Bir sıra müsəlman ölkələrində məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub, xeyriyyə tədbirlərinə məhdudiyyətlər qoyulub.

Amma Banqladeş və Pakistan kimi ölkələrdə dindarların səhiyyə rəsmilərinin xəbərdarlığına baxmayaraq məscidlərə yığışacağı gözlənir.

“Frans Pres” xəbər verir ki, dünən – aprelin 23-də İndoneziyanın mühafizəkar Aceh vilayətində bir neçə min nəfər paytaxtın ən böyük məscidinə yığışıb. Pakistanda da oxşar mənzərə müşahidə olunub.

Dünya Səhiyyə Təşkilatı da Ramazan ayında bəzi təbirləri dayandırmağa çağırmışdı. Özəlliklə, xeyriyyə tədbirlərinə ciddi ziyan dəydiyi bildirilir.

Rahmondan fermerlərə çağırış

Tacikistan Prezidenti Emomali Rahmon sağlam olmaq, sahələrdə işləyə bilməkdən ötrü fermerləri oruc tutmamağa çağırıb.

Bu Orta Asiya ölkəsi koronavirusa yoluxmaların olmadığını bildirir. Rahmon deyib ki, oruc tutanlar “yoluxucu xəstəliklərə yoluxma məsələsində həssas olurlar”.

“Bu xəstəliyin ölkəmizdə qeydə alınmaması o demək deyil ki, biz qayğısız oturmalı, heç nəyi vecimizə almamalıyıq”, – Rahmon aprelin 23-də deyib.

Tacikistan sərhədlərini, virusun yayılmasını önləmək məqsədilə məscidləri qapadıb.

Rahmon ölkənin hökumətyönlü dini qurumlarına istinadən bildirib ki, oruc tutmaq “fermerlərə, maldarlara, ağır işlə məşğul olanlara” ziyandır.

ABŞ Dövlət Departamenti Tacikistanı din azadlığına məhdudiyyətlərə görə “xüsusi narahatlıq doğuran ölkə” elan edib.

Bolqarıstan Türkiyəylə sərhədi bağlayıb

Bolqarıstan isə Türkiyədəki bolqarıstanlı türklərin orucluq günlərində ölkəyə girişinin qarşısını almaq üçün sərhədini bağlayıb.

Bu qadağan aprelin 23-də gecəyarısından aprelin 27-dək olan tarixi əhatələyir.

Türkiyədə 300 mindən çox bolqarıstanlı yaşayır. Onların çoxu 1989-cu ildə keçmiş kommunist rejimi dövründə ayrıseçkiliklə üzləşərək Türkiyəyə mühacirət etmiş etnik türklərdir.

Bir müddət öncə yayılmış informasiyaya görə, Türkiyədə yaşayan bir çox bolqarıstanlı türk Ramazanda Bolqarıstandakı qohumlarına, doğma kənd və şəhərlərinə baş çəkməyi planlaşdırır..

Türkiyədə hazırda koronavirusa 100 minədək yoluxma, 2 min 491 ölüm qeydə alınıb.

Aprelin 23-dən Ankara və İstanbul daxil olmaqla 31 şəhərə giriş-çıxış dörd günlüyə bağlanıb.

Bolqarıstanda isə 1097 təsdiqlənmiş yoluxma, 52 ölüm halı qeydə alınıb.

İndiyədək dünyada virusa 2,7 milyon nəfər yoluxub, 190 minə yaxını vəfat edib.

XS
SM
MD
LG