Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:40

750 milyon nəfər əsas ehtiyaclarını ödəyə bilmir


Arxiv fotosu
Arxiv fotosu

Dünya üzrə hər yeddi yetkin yaşlıdan biri ərzaq, sığınacaq üçün çarpışır, arxasında duracaq ailəsi, dostu da yoxdur. Bunu Gallup sorğu mərkəzi Təməl Ehtiyacların Həssaslıq İndeksində bildirir.

Mərkəz indeksi 2019-cu ildə 142 ölkədə apardığı sorğular əsasında hazırlayıb və hələ COVID-19 pandemiyası başlanmazdan öncə yüzmilyonlarla insanın yaşadığı reallığı üzə çıxarır.

İndeksin “yüksək həssaslıq” qrupuna 750 milyon nəfər salınıb. Bu o deməkdir ki, həmin şəxslər ya ərzaq, ya sığınacaq, ya da hər ikisi üçün çalışır və dara düşəndə bel bağlayacaq dostu, ailəsi də yoxdur.

1 faizdən 50 faizədək

Qlobal miqyasda götürəndə hər bir ölkədən yüksək həssaslıq qrupuna kimlərsə düşür. Gallup bu şəxslərin həyatlarının hər bir sahəsində daha böyük risklə üzləşdiyini bildirir. Danimarka və Sinqapur kimi zəngin ölkələrdə bu göstərici 1%-dir, Benin və Əfqanıstan kimi yerlərdə isə 50 faizədək yüksəlir.

Ümumiyyətlə dünya əhalisi üç qrupa bölünür: Yüksək Həssaslıq qrupunda olanlar yemək və sığınacaq uğrunda çarpışır.

Orta Həssaslıq qrupundakılar deyirlər ki, ötən il yemək və sığınacaq tapmadıqları vaxtlar olub, ancaq dar gündə köməklərinə çatan ailəsi və dostları var.

Aşağı Həssaslıq qrupundakılar isə ötən il yemək və sığınacaq uğrunda çarpışmadığını, onlara kömək edəcək ailə və dostları olduğunu deyir.

Pandemiyadan qabaq dünya əhalisinin 14 faizi yüksək həssas, 39 faizi orta həssas qrupuna daxil olub. 47 faizsə az həssas qrupda idi.

Yüksək həssas qrupda olan hər 10 nəfərdən dördündən də çoxu (41%) sağlıq problemləri olduğunu deyib. Bu problemlər onların yaşıdlarının normal olaraq gördüyü fəaliyyətlə məşğul olmasını əngəlləyir.

XS
SM
MD
LG