Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:42

'Mozaik psixopatiya': 1978-ci ildə Lukashenkaya qoyulan diaqnoz


Lukashenka
Lukashenka

1994-cü ildə, Belarusdakı prezident seçkilərinin ikinci turundan əvvəl Moqilev Regional Psixiatriya xəstəxanasının arxivindən Lukashenkanın xəstəlik tarixi oğurlanıb.

Lukashenka ilk dəfə pedaqoji institutu bitirdikdən sonra o psixiatrların diqqətini çəkib. Regional partiya komitəsinin birinci katibi Leonovla görüşə gələn Lukashenka katibdən israrla onu kolxoz sədri təyin etməsini xahiş edib.

Bundan sonra o, müayinə üçün xəstəxanaya göndərilib və həkimlər ona “mozaik psixopatiya” diaqnozu qoyublar. Moqilev regional qida xidməti şöbəsinin direktoru 1978-ci ildə həmin şöbədə komsomol katibi olan Lukashenkanun uyğunsuz davranışa görə psixiatrik müayinə tələbi ilə xəstəxanın rəhbərinə müraciət edib.

Hərbi xidmətdə də "mozaik psixopatiya" izi

Bundan başqa gənc Lukashenkanın 1982-ci ildə ordudan tərxis olunması da "mozaik psixopatiya" ilə bağlı olub.

2001-ci ildə, psixiatr Dmitri Shigelsky, həmkarlarının tapıntılarına müşahidələrini də əlavə edərək, "Alexander Grigoryevich Lukashenka-nın xəstəlik tarixi" ni nəşr edib.

Dmitri Shigelsky bu nəşrdən sonra Belarusu tərk etməyə məcbur olub. Belarusda baş verən son hadisələrlə bağlı psixoloq yenidən Lukashenkanın ruhi vəziyyəti ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Son günlərin hadisələri illər əvvəl qoyulmuş bu diaqnozu təsdiqlədimi?

- Onun bütün həyatı bunu təsdiqləyir. Sadəcə, son günlər bunu hamı gördü. Hər şey bu qarışıq adam üçün belə açıq-saçıq oldu, indi adi bir hala gəldi.

- Kinorejissor Yuri Xaschevatsky deyir ki, Lukashenka 90-cı illərdən bəri çox dəyişdi və əsas dəyişiklik də odur ki, onun insanlara olan hörmətsizliyi kəskin artdı. Bununla razısınızmı?

- Yuri Xaşçevatskiyə hörmətlə yanaşıram, amma razı deyiləm. Onun insanlara olan münasibəti gənc yaşlarından dəyişməyib. Sadəcə o, bunu daha az gizlətməyə başlayıb. Bir insanın şəxsiyyətini bir neçə vəziyyət dəyişir-müharibə, həbsxana, güc, pul, ekstremal vəziyyətlər, təbii fəlakətlər. Qalan vaxt, insanın mahiyyəti səthi olaraq gizlənir: tərbiyə, cəmiyyətdə qəbul olunan normalar.

"Sadəcə piar suvağı, makiyaj qopub tökülüb"

İnsan stresli bir vəziyyətə düşməyincə, şəxsiyyəti ortaya qoyulmur. Lukaşenkanın insanlara münasibəti həmişə nəzərə çarpırdı. Sadəcə indi onunla işləyən siyasi texnoloqların piar suvağı, makiyajı qopub tökülüb.

- Həqiqətən onun sevdiyi və qiymətləndirdiyi biri varmı? Məsələn, ən kiçik oğlu?

-Bəli, Kolyaya. Bilirsiniz, Adolf Hitler adlı bir səxsiyyət var idi. O, Blondi adlı itini çox sevirdi. Bu cür şəxsiyyətlər, xüsusən də sonrakı dövrlərdə olduqca güclü bir emosional bağlılığa sahib ola bilirlər. Bir qayda olaraq, bu bir obyektdir. Digər insanlarla emosional əlaqə davamlı deyildir. Yanında qadınlar çırpınır, çoxları var, dəyişirlər, amma yanında heç kim qalmır. Bir həyat yoldaşı var idi, onun həmişə şoxlu sevgililəri olub, ancaq qadınları elə də sevməzdi. O, həyat yoldaşı ilə yaşayırdı, çünkü bu ona bir partiya, sovxozun direktoru, fermanın direktoru kimi lazım idi - ancaq dərin emosional əlaqə yox idi. Prezident olandan sonra o, Minskə köçdü və ordada qaldı. Onun qaynanasına hələ də emosional bir bağlılığı var idi. Həyat yoldaşının anası orta məktəbdə onun müəllimi olmuşdu.

- Bu yaxınlarda bir araşdırma dərc edildi -"Lukashenko qadınları necə seçirdi"

- Mən onun həmkəndliləri ilə danışmışam. Onlar mənə bir-bir sadaladılar, kiminlə nə zaman, nə vaxt və o prezident seçiləndən sonra həmin qadınların qurduğu karyera bir baxın. Xalq mentalığında bu müsbət qiymətləndirilir- o heç birini unutmayıb, hamısı yuxarılara çəkilib.

- Vilayət komitəsinin katibi onun yanına gəlib kolxoz sədri olmaq istədiyini bildirən Lukashenkanı psixiatrik müayinəyə göndərdi. Dərhal gördü ki, qarşısında sağlam olmayan bir adam var. Buna baxmayaraq, milyonlarla insan onun tərəfindən hipnoz edildi. Bu necə oldu?

- Mənə Moqilev regional xəstəxanasında işləmək tapşırıldı və onu aparan həkimlər var idi. Bu vəziyyəti mənə izah etdilər. Vilayət komitəsinin katibi bir az qorxub. Kommunizm ideallarına inanan, pedaqoji institutun tarix fakültəsinin məzunu, vətənpərvər bir gənc ona yaxınlaşıb tələb edir ki, onu kolxoz sədri qoysun. Sovet dövründə belə bir tələb Sovet sistemində mütləq bir nonses kimi görünürdü. Onu müalicə edən həkim deyir ki, Leonov izah etməyə çalışıb ki, sən tarixlə əlaqəli məktəbdə işləməlisən. Lakin Lukashenka sakitləşə bilmirdi. Leonov sadəcə mühafizəçiləri çağırıb, amma mühafizəçilər onunla nə edəcəklərini bilməyiblər.

Xalq və hipnoz

Bəs xalq niyə hipnoz olunur?

-Bir sıra tarixi şəxsiyyətlərdə oxşar şəxsiyyət pozğunluqları olub. Psixiatriyada belə insanları araşdıran sahə var. Çoxları inanır ki, Adolf Hitlerdə oxşar bir şəkil var idi, özü də xarizmatik, əla natiqlik var idi və almanlar onun hipnozunun altına düşdülər. Psixopatiya hakimiyyət uğrunda mübarizədə bir rəqabət üstünlüyüdür. Lukaşenkanın ətrafındakı insanlar mənə danışırdılar ki, o rəqiblərinə qarşı heyvani hisslər bəsləyir. Hətta kimdəsə hansısa yüksək post uğrunda mübarizə aparmaq istəyi yarananda belə Lukashenka onu hiss edir. Bu hakimiyyəti əldə saxlamaq üçün yaxşıdır, çünki o rəqiblərini hələ rəqib olmazdan əvvəl sıradan çıxara bilir. Çox vaxt, hətta bir insanın daha yüksək vəzifəyə namizəd olmaq barədə düşüncələri olanda belə, Lukashenka bunu hiss edir. Bu gücünü saxlamaq üçün yaxşıdır, çünki rəqib olmazdan əvvəl bütün rəqiblərini sıradan çıxarır.

-Bəzilərini fiziki məhv edib

-Artıq konkret rəqib olanları fiziki məhv edib. Mən ona qarşı sadiq olan adamlardan danışıram. O, həmin adamlardan əvvəl bunu duyur.

Düşünürəm ki, onun fövqəltəbii bir qabliyyəti yoxdur, sadəcə bir insanın özünü necə tutduğuna, nitqinin intonasiyasına, necə hərəkət etdiyinə dair müəyyən dəyişikliklərə reaksiya verir. Hansı ki, həmin adam özü hələ də siyasi ambisiyalarının olduğunu başa düşmədiyi halda, amma bunlar artıq onun daxilində mövcuddur və bu, xarici əlamətlərdə özünü göstərir. Lukashenka, ecazkar, sadəcə fenomenal bir yaddaşı olan bir müşahidəçi kimi hər kəsə baxır və ən kiçik əlamətlərə görə açıq kitab kimi oxuyur.

- Tamamilə Stalin kimi...

- Bekhterev Stalinə hansı diaqnoz qoyub? Paranoid. Və burada paranoid şəxsiyyət pozğunluğu var, yəni əslində bu eyni diaqnozdur. Əgər Stalin bütün rəqiblərdən yaxa qurtarmasaydı heç vaxt belə hakimiyyəti əlində cəmləşdirə bilməzdi. Lukashenka ilə də eyni hekayədir.

2020-ci ildə Lukaşenkaya baxırıq, amma 1994-cü ildə, belə bir gücünün olmadığı zaman Lukaşenkanı xatırlamalıyıq.

Belarus müxalifətinin ümumiyyətlə qeyd etmədiyi daha bir neçə ölüm var. Düşünürəm ki, bir gün bunlar araşdırılacaq. Təbii, ola da bilər, olmaya da. İstisna etmirəm ki, qəddar güclə işləməyin bədəlinin ağır olduğunu anlayıb daha incə işləməyi öyrəniblər.

"...əksinə Putin Lukashenkadan öyrəndi..."

- GRU-dan zəhərlənmə üsullarını öyrəniblərmi?

- Əksinə, Rusiya öyrənir. Belarusda və Rusiyada siyasi sistemin inkişafı və diktaturanın formalaşması dinamikasını müqayisə etsəniz görərsiniz ki, Belarus qabaqdadır və Rusiya çox vaxt onun arxasınca gedir. Lukashenka Putindən öyrənmədi, əksinə Putin Lukashenkadan öyrəndi. Ancaq bir fərq var: bütün çatışmazlıqlarına rəğmən Putində belə xəstəliyin əlamətlərini görmürəm.

- Biz Lukaşenkanın ruhi xəstə olduğunu söyləsək, onun dəli olduğunu deyə bilərikmi?

- Belarus qanunvericiliyinə görə, o, birmənalı olaraq sağlamdır. Belarusda bir şəxsiyyət pozğunluğunun insanı dəli elan etməsi üçün kifayət qədər əsas olaraq tanıdığı bir hadisədən xəbərim yoxdur. Bir insan sağlamdırsa, hərəkətlərinin mahiyyətini dərk edirsə, nəticələrini başa düşə bilər, bu məhkəməyə aiddir.

"Lukashenka, Yanukoviçlə eyni deyil"

- İndi Belarusiyada çoxları bu məhkəməni gözləyirlər və hər gün diktaturanın sona çatacağını düşünürlər. Bilirəm ki, fərqli düşüncəniz var.

- Bu təxminlər haradan gəlir? Birincisi, keçmiş diktatura rejimlərinin Belarusdakı rejimə uyğun tutulması təcrübəsi. İnsanlar bunun baş verməsini istəyirlər, buna görə də inqilab baş verəndə və diktator gedəndə uğurlu böhranları görür və uğursuzlarına məhəl qoymurlar. İkincisi, bütün diktatorların eyni olduğunu düşünməyə meyllidirlər. Ancaq bu belə deyil. Lukashenka, məsələn, Yanukoviçlə eyni deyil. O, sona qədər gedəcək. Güc, Lukashenkanın həyatındakı ən vacib şeydir. Döyüşməyə hazırdır. Təcavüzə qarşı mübarizə apardığına inanır...

– Siz hesab edirsiz ki, bu Venesuelada baş verənlərə oxşayır, haradakı diktatura kütləvi etirazların davam etməsinə baxmayaraq hələ də müqavimət göstərir?

— Mənim uzun müddətdəm bəri davam edən bir ideyamdır, biz gərək Venesueladakı prosesləri çox diqqətlə izləyək. Çünki hadisələr heç nə ilə bitən inqilabla nəticələnə bilər.

"Lukaşenkanın vətəndaşlarla sosial müqaviləsi var idi"

-Uzunmüddətli diktatura dövründən sonra necə oldu ki, Belarusda inqilabi vəziyyət yarandı?

- 2011-ci ildən 2017-ci ilə qədər bir dövr var idi ki, müxalifətdə bunun üçün həqiqətən canını qurban vermiş çox inamlı insanlar oldu. Müxalifətçinin işi olmayacaq, normal həyatı olmayacaq, cərimələnəcək, vaxtaşırı həbsxanaya düşəcək. Əhalinin qalan hissəsi siyasətdən kənar olacaq. Maaşımız var, televizorumuz var, tətilə getdik, hər şey yaxşıdır. 2017-ci ildə işləmək istəməyənlərə dair bir fərman qəbul edildi və elə etiraz hərəkatının ilk dalğası bu zaman yarandı. Sosial etiraz siyasiləşməyən qrupa təsir etdi. Lukaşenkanın vətəndaşlarla sosial müqaviləsi var idi: mən sizi müəyyən qədər normal bir həyatla təmin edirəm – siz siyasətə qarışmırsınız.

Amma o vətəndaşların şəxsi həyatına müdaxilə etməyə başlayanda siyasiləşmə prosesi başladı. Lukashenkanın kobud səhv etdiyi və problemi görməməzlikdən gəldiyi ikinci məqam COVİD oldu. Mart-aprel aylarında, epidemiyanın tüğyan etdiyi bir vaxtda Lukashenka heç bir şey olmadığını söyləməyə başladı. Sonra seçki kampaniyası təxribatları, qeydiyyatdan imtina və həbslər başladı. Bütün bunlar qarmaqarışıq bir xarakter aldı.

- Dediniz ki, ifrat məqamlarda insanın mahiyyəti üzə çıxır. Və hüquq mühafizə sistemində bu qədər sadist tapıldı

- Bu doğru deyil. Belarus müxalifətinin veteranları ilə danışsanız, 90-cı illərin sonlarında eyni hadisənin necə baş verdiyini sizə deyəcəklər. Sadəcə internet yox idi, mediaya çıxmırdı, amma çevik polis qüvvələrinin hərəkətləri qəddarlıq dərəcəsi baxımından heç də fərqli deyildi. Hamısı Lukashenkanın siyasi rəqiblərinə qarşı cinayətlərlə başladı. Güc strukturlarının işçiləri, OMON, SOBR başa düşdülər ki, hər şey mümkündür və heç bir məsuliyyət yoxdur. Lukashenka sonra dedi: bunlar mənim xalqımdır. 20 ildən çoxdur ki, heç bir polis belə etirazların dağıdılması zamanı zorakılığa və ya sadist hərəkətlərə görə mükafatdan məhrum edilmədi, heç məhkum da olmadı. Bütün bunlar 26 ildir davam edir.

- Deməli, çox insanı dəli edib?

- Bu insanların dəli olduqlarını söyləmək deyil, həqiqət qavrayışları sadəcə təhrif edilib. Bilirsiniz, insan psixikası çox möhkəm bir şeydir. Bu davamlı təbliğat və işləmə insanları tərk edərsə, məncə, çoxları tez bir zamanda normal reallığa qayıdacaq.

- Demək olmaz ki, bir dəli bütün ölkəni dəli edib?

- O, yığışıb istefa verib getsəydi mən xoşbəxt olardım. Ancaq onun belə bir vicdanı olacağını düşünmürəm, bu az inandırıcıdır. Ümid edirəm ki, ətrafındakılar arasında Lukashenkanın belə bir vəziyyətdə, sadəcə ölkəni atəşə verə biləcəyini anlayacaq insanlar var. O, xalqı xarici düşmənə qarşı mübarizə adı altında birləşdirmək üçün müharibə elan olunana qədər hər şey üçün gücünü qorumağa hazırdır.

Ümid edirəm ki, kimsə onu dayandıra biləcək. Qorxuram ki, bizdə bu qarşıdurma uzana bilər, qanlı hala gələ bilər. Dövlət Təhlükəsizliyi Komitəsinin, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları anlamalıdırlar ki, onlar Belarus xalqı qarşısında and içiblər, Aleksandr Lukashenkaya yox. Bu baxımdan istəyərdim ki, onu istənilən vasitə ilə ölkəni atəşə verə biləcək addımlardan çəkindirsinlər.

XS
SM
MD
LG