Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:47

Astaradan şikayət: 'Yaşadığım evə gedən yolu satıblar...'


Satılan yol, 2020
Satılan yol, 2020

“Bizi məhkəməyə verib ki, bu yol mənimdir”

“Yaşadığım evə gedən yolu satıblar. Torpağı alan adam gəlib ki, buranı hasar edirəm. Deyirəm ki, bəs mən nə edim? Deyir ki, evinə getmək üçün helekopter al ”

Bunu Astara rayon Ojəkəran kənd sakini Validə Gülməmmədova deyir. O daha sonra da istifadə etdiyi yolu göstərib bunları əlavə edir:

“Eni 7 metr, uzunluğu isə 25 metrdir. Biz həmişə bu yoldan istifadə etmişik. Keçən ilə qədər bizi narahat edən olmayıb. Keçən ilin mayında bizi məhkəməyə çağırıb dedilər ki, bu yol sizin deyil. Hazırlıq iclasında olduq. Kəndin sonunda yaşayan bir vətəndaş, haradansa sənəd əldə edib, bizi məhkəməyə verib ki, bu yol mənimdir. Deyir istəyirsiz satıram. Baha satır. Biz kasıb ailəyik. Haradan pulu gətirim?...”

Keçmiş dəfnə yarpağı qurudan sex

Gülməmmədovların yaşadığı ev
Gülməmmədovların yaşadığı ev

Gülməmmədovlar ailəsinin yaşadığı ev 1961-ci ildə tikilib, damı dağılmaq üzrədir. Döşəməsi isə yerlə birdir. Ora vaxtı ilə fəaliyyət göstərən sovxozun dəfnə yarpağı qurudan sexi olub. Sovxoz ləğv olunandan sonra, sexə əl gəzdiriblər, kənddə evi olmayanlara paylayıblar. Yaşayış yerinə çevrilmiş sexdə indi 4 ailə yaşayır. Gülməmmədovlar ailəsinə isə 36 kvadrat yer düşüb. Onlar 5 nəfərdən ibarətdir. Ailə 1997-ci ildən orada yaşasa da Astara rayon İcra Hakimiyyəti mənzilə orderi 2012-ci ildə verib. Sexdə yaşayan hər ailənin də öz yolu var. Validə Gülməmmədova qeyd edir ki, ona deyilənə görə, 1998-ci ildə torpaq islahatı gedərkən bu yol həyətyanı sahə kimi kiməsə verilib:

“Axı bu həyət deyil, yoldur”

“Biz 1997-ci ildən burda yaşayırıq. Mən tibb bacısıyam, öyrənmişəm ki, yollar aqrar islahata düşmür. Axı aqrar islahat komissiyasının torpağı satmaq hüququ olmayıb. Yalnız vətəndaşın istifadəsində olan yeri, həyətyanı sahə kimi verirdilər. Bu adam heç vaxt burda olmayıb, kəndin sonunda yaşayır. Necə olub ki, ona veriblər? Məhkəmə olanda uşaq xəstə olub, Bakıda olmuşuq. İnanmırdıq ki, yolu bağlamaq haqqında qərar çıxartsınlar. Axı bu həyət deyil, yoldur.”

“Hara yazıram, baxan yoxdur”

Validə Gülməmmədova, august 2020
Validə Gülməmmədova, august 2020

Əlləri ilə üzünü örtərək ağlayır: “Özbaşınalıqdır. Evdə olmamışıq, icarçı, bir dəstə adamla gəlib...Ölçüblər, biçiblər. Bu insanlar daşdırlar nədirlər? Görümürlər ki, bu yoldur. O vaxtdan 23 il keçir, oğlumun da 23 yaşı var. Bu illərdə harda idilər? Hara yazıram, baxan yoxdur.”

Validə Gülməmmədovanın qonşuları da yolla bağlı narahatçılıqlarını bildirdilər. Onlar deyirlər ki, yolu tutsalar gərək Gülməmmədovlar ailəsi burdan getsin. Dəfələrlə cəhd etsək də yerin sahibi Xanlar Şəkərovla danışmaq mümkün olmadı. Bununla belə məsələ ilə bağlı X. Şəkərovun da mövqeyini təqdim etməyə hazırıq. Amma Astara Rayon Məhkəməsi 2019-cu ilin mayın 27-də həmin şəxsin xeyrinə qərar çıxarıb. Məhkəmə ilə də danışmaq cəhdlərimiz nəticə vermədi.

Rəsmilər nə deyir?

Astara rayon İcra Hakimiyyəti başçısının Kijabə qəsəbə ( Ojəkəran kəndi bu qəsəbəyə baxır-red) inzibati ərazi dairəsi üzrə nümyəndəsi Sədail Qasımov problemlə tanış olduğunu deyir:

“Həmin yeri islahat vaxtı necə olubsa veriblər başqasına. Məndən arayış istəyiblər, mən də vermişəm. Onlar uzun müddət həmin yoldan istifadə edilbər. Orada həyətə başqa yol yoxdur. Vətəndaşdır orda yaşayır, onun atsı da orda yaşyıb. Həmişə yoldan istifadə ebilər. Yol necə olub ki, islahat vaxtı torpaq sahəsi kimi başqasına verilib...Məndən arayış istəyiblər, vermişəm. Biz də narahatıq ”.

Astara rayon İcra Hakimiyyətindən isə bildirdilər ki,bu məsələ ilə bağlı kənd blədiyyəsinə və qəsəbə icra nümayəndəsinə göstəriş veriləcək.

XS
SM
MD
LG