Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

Azərbaycanda internet ‘azad deyil’


"Pandemiyanın rəqəmsal kölgəsi"
"Pandemiyanın rəqəmsal kölgəsi"

“Freedom House” hesab edir ki, hökumətlər COVID19 pandemiyasından istifadə edərək onlayn nəzarəti və data yığımını genişləndirib, tənqidi nitqi senzura edib, sosial nəzarətdən ötrü yeni texnoloji sistemlər qurub

“Freedom House” insan haqları təşkilatı “2020-ci ildə internet azadlığı: Pandemiyanın rəqəmsal kölgəsi” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan internet azadlığı olmayan ölkələr sırasında yer alıb. 39-0 bal yığan ölkələr bu kateqoriyaya salınıb. Belarus, Qazaxıstan, Rusiya, Özbəkistan, Pakistan, İran kimi ölkələrdə də internet qeyri-azad kateqoriyasına salınıb.

İnternet azadlığı internetə girişə əngəllər, kontentə məhdudiyyətlər, istifadəçilərin hüquqlarının pozulması kimi kateqoriyalara əsasən dəyərləndirilir.

Azərbaycanın qonşularından Gürcüstan 76, Ermənistan isə 75 balla azad qrupundadır. Birləşmiş Ştatlar (76) və Macarıstan (71) da bu qrupdadır.

Ukrayna və Qırğızıstanda internet qismən azad hesab olunub.

'Hərbi vəziyyətdə internet ayrı-seçkiliyi olmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Pandemiya bəhanəsi

“Freedom House” hesab edir ki, hökumətlər COVID19 pandemiyasından istifadə edərək onlayn nəzarəti və data yığımını genişləndirib, tənqidi nitqi senzura edib, sosial nəzarətdən ötrü yeni texnoloji sistemlər qurub.

Hesabata görə, ictimai səhiyyə böhranını həll etmək üçün süni intellekt və biometrik nəzarətin sürətlə və nəzarətsiz şəkildə işə salınması insan hüquqlarına yeni risklər yaradıb. Hesabatın əhatələdiyi 65 ölkədən 54-də yoluxanların kontaktlarının və karantinə əməl etməsinin izlənməsi üçün smartfon tətbiqləri işə salınıb.

“Siyasi liderlər pandemiyadan onlara sərf etməyən xəbərlərin senzura olunması, tənqidçilərin həbsi, etnik və dini qrupların gözümçıxdıya salınması üçün bəhanə kimi istifadə edib. Azı 45 ölkədə fəallar, jurnalistlər, ictimaiyyətin digər üzvləri pandemiya ilə bağlı onlayn ifadəyə görə ya həbs olunub, ya da ittiham irəli sürülüb”, – sənəddə vurğulanır.

Azərbaycan

“Freedom House” bildirib ki, Azərbaycan parlamenti “qadağan olunmuş informasiya”nın hüquqi təsnifatını genişləndirib və məqsəd onsuz da məhdudlaşdırılmış mühitdə onlayn nitqi daha da boğmaq olub. Polis bir jurnalistdən pandemiyanın sosial və iqtisadi təsirinlə bağlı postlarını silməyi tələb edib, o 25 günlük həbs olunub.

Azərbaycanda hakimiyyət təmsilçiləri isə internet azadlığının pozulması haqda indiyədək səslənən beynəlxalq tənqidləri qəbul etməyib, ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildiriblər. Amma sentyabrın 27-dən Ermənistanla cəbhə xəttində əməliyyatlar başlanandan ölkədə təhlükəsizlik naminə internetin məhdudlaşdırılması birmənalı qarşılanmır. Tənqidçilərin fikrincə, bu addımın bir məqsədi də internetdən istifadəyə total nəzarəti ələ almaq, sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmaqdır.

Freedom House artıq 10-cu ildir dünyada internet azadlığının pisləşdiyini qeyd edir. Birləşmiş Ştatlarda dördüncü ildir internet azadlığı sahəsində vəziyyət pisə doğru gedir.

XS
SM
MD
LG