Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Paşinyan...qələbədən yazır


“Bu müharibə nəyin naminədir? Qarabağın statusu naminə”.

AzadlıqRadiosunun Erməni xidmətinin məlumatına görə Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 19-da özünün Facebook səhifəsində yazıb:

“Biz bu müharibədən yan keçə bilərdikmi? Bəli, əgər əraziləri təhvil versək və gələcək statusun müəyyənləşdirilməsinin mexanizmi olmayan bir şəraitdə Qarabağın qeyri-müəyyən müddətə, qeyri-müəyyən statusuna razılaşsaydıq”.

“Sonuncu imkana Kazanda son qoyulub”

Paşinyan bildirir ki, danışıqlar heç bir nəticə verməyəcəkdi:

“Biz Qarabağ üçün məqbul və ya hər hansı başqa statusa nail ola bilərdikmi? Yox, çünki belə bir sonuncu imkana 2011-ci ildə Kazanda son qoyulmuşdu”.

Xatırlatmaq yerinə düşərdi ki, Rusiya Kazan sənədi adlanan təklifini tərəflərə 2011-cı ildə təqdim etmişdi.

Rəsmi Bakı bu təkliflə razılaşmamışdı, çünki orada cəmi beş rayonun qaytarılmasından söhbət gedirdi. Qalan iki rayonun isə Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı referendumun keçirilməsindən sonra həll olunması məsələsi qoyulurdu.

Təklif Ermənistan tərəfini də qane etmirdi, çünki orada Qarabağın statusuna dair referendum məsələsi yayğın qoyulmuşdu.

Xankəndində sakitlik olub
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

"Müharibədə uğur qazana bilərikmi?"

Paşinyan yazır: :

“Müharibə Qarabağın statusunu həll edə bilərmi? Bəli, əgər müharibədə uğurlarımız olsa”.

O daha sonra fikirini davam etdirir:

“Müharibədə uğurlar qazana bilərikmi? Bəli, əgər bu məqsəd üçün millətimizin potensialını cəmləşdirsək və fədakarlıqla bu məqsədə doğru getsək”.

XS
SM
MD
LG