Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:48

Erdoğan Fransa mallarının boykotuna çağırıb


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan həmvətənlərini Fransa istehsalı olan malları boykot etməyə çağırıb.

AzadlıqRadiosu yazır ki, Paris radikal İslama qarşı mövqeyini sərtləşdirdikdən sonra iki NATO müttəfiqi arasında münasibətlər gərginləşib.

Erdoğan oktyabrın 26-da bu çağırışı etməzdən əvvəl Fransa prezidenti Emmanuel Makrona “başını həkimlərə yoxlatmağı” məsləhət görmüşdü.

Bu bəyanatın ardınca Fransa Ankaradakı səfirini geri çağırıb.

Erdoğan buna bənzər sözləri oktyabrın 26-da Ankarada televiziya ilə canlı translyasiya olunan çıxışında da təkrar edib:

"Fransada deyirlər ki, “Türkiyə mallarını almayın”. Mən də öz xalqıma çağırış edirəm: “Fransa istehsalı olan mallara pul xərcləməyin, bu malları almayın”.

Yenə də karikaturalar…

Bundan əvvəl oktyabrın 17-də Fransada müəllim Samuel Patinin radikal islamçı tərəfindən qətlə yetirilməsi ölkəni lərzəyə gətirmişdi. Bu müəllim özünün “ifadə azadlığı” dərsində Məhəmməd peyğəmbərin karikaturalarından əyani vəsait kimi istifadə etmişdi.

Oktyabrın 23-də ilk dəfə Charlie Hebdo satirik jurnalında dərc edilmiş bu karikaturalar proyektor vasitəsilə Fransa hökumət binalarının divarlarına salınmışdı.

Bu hərəkət də İslam dünyasında hiddətlə qarşılanıb.

Fransa mallarının boykotu çağırışı oktyabrın 25-dən müsəlman və ərəb dünyasında geniş əks əks-səda verib. Bundan az əvvəl Makron karikaturalara dəstəyini bəyan etmişdi.

O demişdi ki, “Fransa öz karikaturalarından əl çəkməyəcək”.

Erdogan:Qarabağ münaqişəsinin həllində iştirak üçün Türkiyənin Rusiya qədər haqqı var
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Həm də Qarabağa görə

AzadlıqRadiosu yazır ki, Fransa mallarının boykotu Qatar və Küveytin supemarketlərində geniş vüsət alıb.

İordaniya və bir sıra başqa ölkələrdə də bu çağırışa dəstək artır.

Fransa Türkiyənin idxal siyahısında 10-cu yeri tutur. Türkiyə isə Fransaya ixracatda 7-ci yerdədir.

Fransa avtomobilləri Türkiyədə ən çox alınan mallardandır.

Türkiyə və Fransa NATO müttəfiqləri olsalar da, Suriya və Liviya, habelə Aralıq dənizi və Dağlıq Qarabağkimi məsələlərdə əks möqve tutublar.

XS
SM
MD
LG