Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:06

15 gündə 3 rayon qaytarılacaqmı?


Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar
Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının yaydığı atəşkəs bəyanatı hələ bəzi suallar doğurur. Sənədə görə, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Artiq, Kəlbəcər rayonunun boşaldılmasına başlandığı bildirilir. Hərçənd, bundan öncə o rayonda bəzi yaşayış evlərinin və başqa tiklilərin yandırıldığı da qeyd edilir.

Bəs ümumilikdə razılaşmalara sona kimi əməl ediləcəkmi? Proseslərin bundan sonrakı gedişi necə proqnozlaşdırılır?

“Mənim buna şübhəm yoxdur və artıq proses başlayıb”

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatlardan Hikmət Babaoğlu da həmin bəyanatı 3 dövlət başçısının imzaladığını xatırladaraq əlavə edir ki, sənəd rəsmi və hüquqi qüvvəsi olduğundan hər bəndində göstərilənlər mütləq yerinə yetiriləcək:

“Mənim buna şübhəm yoxdur və artıq proses başlayıb. Hesab edirəm ki, göstərilən cədvələ uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonları azad ediləcək”.

Kəlbəcərlilər ayın 15-ni gözləyir: 'Orda yaşamağın xəyalını qururuq'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Hikmət Babaoğlu bildiri ki, bütün hallarda müharibəyə başlamaq çətin və risklidir:

“Ancaq müharibəni yekunlaşdırmaq da çətindir. Azərbaycanın əldə etdiyi tarixi qələbənin mühümliyi ondan ibarətdir ki, müharibə başladıqdan sonra onun bitməsi ilə bağlı çox ciddi siyasi qərarlar qəbul edildi. Artıq müharibə meydanında əldə olunan qələbələr siyasi müstəvidə tamamlanır, bu, mühüm hadisədir. Biz bilirik aktiv müharibə dövründən sonra postmüharibə dövrü başlayır. Bu dövrün şərtləri artıq bəllidir, imzalanan 10 noyabr bəyanatında nələrin baş verəcəyi görünür, eyni zamanda, Türkiyə-Rusiya silahlı qüvvələrinin imzaladığı sənəd də həmin mənzərənin necə olacağını görsədir”

“Bu artıq Azərbaycanın postmüharibə mərhələsinə qədəm qoyduğunu göstərir ”

Yol çəkilişi, axiv foto
Yol çəkilişi, axiv foto

Onun fikrincə, dekabrın 1-nə qədər həmin ərazilər tam azad olunacaq:

“ Paralel olaraq Azərbaycan dövləti azad olunan rayonlarda yol infrastrukturu, kommunikasiyaları bərpa edir, dövlət qurumları köçürülür, bir müddət sonra məcburi köçkünlərin qayıtmasının şahidi olacağıq. Bu artıq Azərbaycanın postmüharibə mərhələsinə qədəm qoyduğunu göstərir”.

“Faktiki olaraq, Rusiya Azərbaycan ərazisinə zorla girib”

İlham İsmayıl
İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da Azadlıq Radiosuna açıqlamasında dekabrın 1-nə qədər 3 rayonun Azərbaycana qaytarılacağına şübhə etmir:

“Bu, birmənalıdır. Amma problemin həlli prosesi uzun çəkəcək, bəlkə də 5 il də də çözülməyi çətin görünür. Faktiki olaraq, Rusiya Azərbaycan ərazisinə zorla girib. Hətta dövlət başçısı İlham Əliyev sənədi imzalasa da, bu hadisə onun özünə də xoş deyildi”.

“Başqa variant ola bilməz”

Xankəndi, arxiv foto
Xankəndi, arxiv foto

İlham İsmayıl bölgənin gələcəyi barədə bildirib ki, status haqqında çox danışılsa da, bu, yalnız mədəni muxtariyyat ola bilər:

Onun fikrincə, Xankəndi şıəhərinin Laçın dəhlizinin, Xocalı, Xocavənd və Əsgəran rayonlarının qaytarılması gec olcaq:

“ Əgər ən zəif vaxtlarımızda belə bu rayonlardan imtina etməmişiksə, bundan sonra mümkün deyil.”


Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG