Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:53

AŞPA-da Navalnı dinləməsi keçirilib


Navalnının saxlanmasına etiraz aksiyaları keçirilir
Navalnının saxlanmasına etiraz aksiyaları keçirilir

Kreml yanvarın 19-da bildirib ki, müxalifətçinin həbsiylə bağlı beynəlxalq təzyiq onu narahat eləmir

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada “Matrosskaya Tişina” təcridxanasına yerləşdirilib. O, Almaniyadan Moskvaya qayıdandan 30 sutkalığa həbs olunub.

Kreml yanvarın 19-da bildirib ki, müxalifətçinin həbsiylə bağlı beynəlxalq təzyiq onu narahat eləmir.

Avqustda Sibirdə zəhərlənmiş Navalnı Almaniyada müalicə alırdı. O, yanvarın 17-də axşam Berlindən qayıdan kimi pasport yoxlama məntəqəsində saxlanıb.

“Matrosskaya Tişina” bəzi qalmaqallı ölümlərlə ad çıxarıb. 2009-cu ilsə vəkil Sergey Maqnitski orda vəfat etmişdi.

Kamerada təcrid olunub

İctimai Monitorinq Komissiyası insan haqları qrupunun katibi Aleksey Melnikov Telegram-da yazıb ki, Navalnıya kamerasında baş çəkib.

Melnikov deyib ki, Navalnı üç çarpayılıq kamerada təcrid olunub, xaricdən gələnlər üçün qaydalara əsasən iki həftə karantində saxlanmalıdır.

Navalnının həbsi beynəlxalq miqyasda qəzəb doğurub, bir sıra ölkələr Moskvanı Kremlin tənqidçisini dərhal buraxmağa səsləyib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov isə bu tənqidləri rədd edir. O, Moskvada brifinqdə jurnalistlərə deyib ki, Navalnı işi “daxili məsələ”dir və Rusiyanın “belə bəyanatlara qulaq asmaq niyyəti yoxdur”.

Putinin bir sıra tənqidçiləri “Matrosskaya Tişina”ya göndərilib. Keçmiş oliqarx Mixail Xodorkovski, onun həmkarı Platon Lebedev də həmin təcridxanada saxlanıblar. Maqnitski Rusiya məmurlarını 230 milyon dollarlıq vergi fırıldağında ittiham edirdi.

"Onu zəhərləyənlərin əlindədir"

Yanvarın 19-da AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komtəsində Navalnının həbsiylə bağlı dinləmə keçirilib. Müxalifətçinin həmkarı Leonid Volkov videokonfrans vasitəsilə tədbirə qoşulub. O, Navalnının qanunsuz olaraq həbsə atıldığını deyib. “İndi o, onu zəhərləyənlərin əlindədir. Bu da əlbəttə ki, onun həyatına təhlükə yaradır”, – Volkov vurğulayıb.

“Məncə, bu, Avropa İnsan Hüquqları Məhkəməsinə Aleksey Navalnının həbsxanadan dərhal azad olunmasını tələb etməkdən ötrü bütün mövcud hüquqi mexanizmlərən istifadə etmək imkanı verir. Məhkəmə avqustun 21-22-də bu mexanizmlərdən istifadə elədi, Navalnının Almaniyanın aparılmasının problem olmadığını bildirdi və bunun köməyi dəydi”, – o vurğulayıb.

Navalnı daha öncə də dəfələrlə həbs olunub. Bu dəfəki həbsi onun şərti cəzasının tələblərini pozmasıyla izah olunur. İndi onun cəzası real həbslə əvəzlənə bilər.

Müxalifətçi avqustda zəhərlənməsinin arxasında Putinin dayandığını iddia edir. Yanvarın 18-də məhkəməsində də Putinin qorxduğunu bildirib.

XS
SM
MD
LG