Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

Yuxarı siniflər və universitetlərdə də ənənəvi tədris bərpa olunur


Məktəb
Məktəb

Yuxarı siniflər və universitetlərdə də ənənəvi tədris qismən bərpa olunur. Bu barədə bu gün, fevralın 8-də Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda yazılıb ki, onların təklifinə əsasən, ölkədəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada, sanitar-gigiyenik tələblər nəzərə alınaraq davam etdiriləcək.

Beləliklə, fevralın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində layihə tutumu və şagird sıxlığı fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa ediləcək:

"-Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris... (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla;

-Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək".

2021-ci il 15 fevral tarixindən

Fevralın 15-dən isə məktəbəqədər təhsil müəssisələrində ənənəvi təhsil bərpa ediləcək.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə keçiriləcək: "Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla".

Habelə, ali, orta ixtisas, peşə təhsili müəssisələrində məşğələlər tələb olunan ixtisaslar (laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və fiziki iştirakın vacib sayıldığı fənlərin, mövzuların əvvəlcədən tutulan cədvəllər üzrə tədrisi ənənəvi formada bərpa olunacaq.

Bundan əvvəl

Bundan əvvəl isə, fevralın 1-dən bütün ölkə üzrə məktəblərdə ibtidai siniflər üçün əyani təhsil bərpa edilmişdi.

Ötən il (sentyabrın 15-də) dərs ili başlayanda yalnız ibtidai siniflər həftədə bir neçə gün olmaqla məktəbə getdilər. Oktyabrın 1-dən V-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlamışdılar. Sonradan yenidən koronavirusa yoluxma artdığından distant təhsilə keçildi.

Azərbaycanda martın 24-dən karantin rejimi hökm sürür. Bu rejim 2021-ci il aprelin 1-nə kimi uzadılıb. Azərbaycanda ötən tədris ilində də eyni səbəbdən martın 3-dən distant təhsilə keçilmiş və bu, tədris ilinin sonuna kimi belə davam etmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə ümumilikdə 230 min 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 145 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG