Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:29

Rusiya Müdafiə Nazirliyi İskanderdən danışdı


İskander raketləri 2016-cı ildə Yerevanda keçirilən hərbi paradda
İskander raketləri 2016-cı ildə Yerevanda keçirilən hərbi paradda

“Dağlıq Qarabağdakı münaqişənin gedişində İskander raket komplekslərindən istifadə olunmayıb”.

Bunu Rusiya Müdafiə Nazirliyi fevralın 25-də yaydığı bəyanatda bildirib.

Bəyanatda iddia olunur ki, “görünür, Ermənistanın baş naziri Nikol Paşinyana yanlış məlumat verilib”.

Bu, rəsmi Moskvanın Paşinyanın Qarabağ müharibəsində İskander raketlərindən istifadə olunduğuna dair dediklərinə ilk reaksiyasıdır.

Paşinyan İskander raketlərinin tam gücü ilə partlamadığını demişdi.

Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi bəyan edib:

“Rusiyanın Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin istifadə etdiyi İskander raketlərinin partlamaması və ya cəmi 10 faiz partlamasına dair bəyanatı ilə çaşqınlıq və təəccüblə tanış olub”.

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Suriyada istifadə olunub

Bəyanatda daha sonra bildirilir:

“Bizdə olan obyektiv və etibarlı, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiqlənmiş məlumatlara görə, sözü gedən raket komplekslərinin heç birindən Dağlıq Qarabağdakı münaqişə zamanı istifadə edilməyib. Raketlərin bütün döyüş ehtiyatı Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır”.

Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, bu barədə Paşinyana düzgün məlumat verilməyib:

“Hər şeydən belə görünür ki, Ermənistanın baş naziri cənab Nikol Paşinyanı yanlış məlumatlandırıblar və o, bu qeyri-dəqiq informasiyadan istifadə edib. (9К720-E )İskander-E əməliyyat-taktiki raket kompleksi Suriyada, döyüş şəraitində beynəlxalq terrorçu qruplaşmalara qarşı dəfələrlə və uğurla sınaqdan çıxarılıb və istifadə olunub”.

Bəyanatda vurğulanır ki, “Rusiyada istehsal olunan İskander-E öz tipində dünyada ən yaxşı raket kompleksidir və bunu hamı etiraf edir”.

XS
SM
MD
LG