Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Müharibə Azərbaycanda investisiya mühitinə necə təsir edib? 


İlham Əliyev Rusiya silahlarını niyə tərifləryir?
Gözlə

No media source currently available

0:00 0:10:05 0:00

İlham Əliyev Rusiya silahlarını niyə tərifləryir?

Mərkəzi Vaşinqtonda yerləşən Eurasiagroup risk araşdırma mərkəzinin region üzrə baş analitiki Zakari Uitlin deyir ki, keçən payız baş verən Qarabağ müharibəsinin xarici investorlar üçün əsas siqnalı bu oldu ki, Azərbaycanda təhlükəsizlik məsələsi aktualdır:

“Düşünmürəm ki, investisiya mühiti müharibədən ciddi şəkildə təsirlənib. Keçən payız çıxan əsas nəticə bu oldu ki, bütün ölkə boyu təhlükə riski yüksəkdir. Buna səbəb münaqişə zonasından kənardakı ərazilərin raket hücumuna məruz qalmasıdır. Bununla belə, bu məqamın investorların qərarlarına ciddi şəkildə təsir etdiyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, Azərbaycandakı əsas investiya imkanı neft və qazla bağlıdır. Bundan başqa, investorların əsas maraq obyekti Azərbaycanda investisiya mühiti üçün potensial islahatlardır. Bura hüquq sistemində, ümumiyyətlə investisiya mühitində müsbət dəyişikliklər daxildir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeyri-neft-qaz sektoruna sərmayə təqribən 40 faiz azalıb. Ümumi sərmayə qoyuluşları ötən ilin yanvar ayı ilə müqayisədə təqribən 30 faiz düşüb.

Qarabağın bərpasına hansı xarici qurumlar pul ayıracaq?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

İnvestisiyalar bütün dünyada azalıb

Zakari Uitlin deyir ki, ümumilikdə bütün dünyada investisiyalar azalıb, bunun səbəbi isə COVİD-19 pandemiyasıdır.

Azərbaycanın bu müharibədə işğaldan azad etdiyi bölgələrə xarici investorları cəlb etmək olarmı? Zakari Uitlin hesab edir ki, hələlik ümumiyyətlə dünya ictimaiyyəti üçün aktual olan davamlı sülh müqaviləsinin imzalanması, təhlükəsizliyin tam təmin olunmasıdır:

“Belə başa düşürəm ki, Azərbaycan hökuməti Qarabağ üçün xarici investisiya axtarıb, amma düşünürəm ki, Qarabağa böyük həcmdə sərmayə cəlb etmək çətin olacaq. Türkiyədə bəzi şirkətlər ola bilər ki, bölgəyə gəlmək istəsin. Rusiya sülhməramlılarının bölgədə olmasını nəzərə alsaq, Rusiya şirkətlərinin də əraziyə gəlməsi istisna deyil. Azərbaycanın başqa bölgələrində təhlükəsizlik ikinci dərəcəli olsa da, Qarabağ bölgəsində birinci dərəcəlidir. Mühitlə maraqlanan istənilən xarici investor, hətta xarici podratçı şirkət belə araşdırıb başa düşür ki, yekun sülh müqaviləsi imzalanmayıb və Dağlıq Qarabağın yekun statusu müəyyənləşməyib”.

İslahatlardan çox şey asılıdır

Zakari Uitlin deyir ki, bölgəyə beynəlxalq maliyyə institutlarının infrastrukturun bərpası üçün bu regiona cəlb edilməsi də daha çox diplomatik proseslə bağlıdır:

“Məncə, istənilən beynəlxalq maliyə institutunu cəlb edəcək məqam ayırdığı vəsaitin uzunmüddətli perspektivdə insanların həyatını yaxşılaşdıracağına xidmət etməsidir. Amma heç bir maliyə institutu, heç bir hökumət, o cümlədən Rusiya tərəf tutmaq istəmir, onlar məsələnin diplomatik yolla həllini istəyir. Məncə, beynəlxalq maliyə institutları dirçəliş layihələrində iştirak barədə qərar verərkən, bunu nəzərə alacaqlar”.

Müstəqil şərhçilər Qarabağın bərpasına on milyardlarla dollar lazım olduğunu deyirlər. Bu barədə rəsmi rəqəm açıqlanmayıb.

Zakari Uitlin hesab edir ki, Azərbaycan hökuməti daxilində son kadr dəyişiklikləri - bəzi nazirlərin və hökumətdə yeni təyinatları islahatdan daha çox irəliyə doğru kiçik addımlardır, amma ümumulikdə doğru istiqamətdə addımlardır. O hesab edir ki, daha çox investor cəlb etmək üçün korrupsiya, hüquq sistemi və sairlə bağlı islahatlara ehtiyac var. Analitik hesab edir ki, hazırda heç ölçmək də mümkün deyil ki, Azərbaycan iqtisadiyyatı investisiya mühitindəki problemlər baxımından hansı imkanları əlindən çıxarır”.

XS
SM
MD
LG