Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:46

'AXCP rəhbərliyi yürüşdə iştirakın əleyhinə idi, çünki...'


"Qarabağa azadlıq" yürüşündə iştirak edənlər Nəcməddin Sadıqovun istefasını tələb edən şüarlar səsləndirirlər
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

"Qarabağa azadlıq" yürüşündə iştirak edənlər Nəcməddin Sadıqovun istefasını tələb edən şüarlar səsləndirirlər

2020-ci ilin iyulunda orduya dəstək yürüşündə yaşananlara görə məsuliyyətə cəlb olunmuş qeyri-siyasi təqsirləndirilənlər deyir ki, onlardan AXCP rəhbərliyinə daxil olan şəxslərin əleyhinə ifadə almaq istəyirdilər. Onlar bu barədə martın 4-də məhkəmə danışıblar.

Bu cinayət işi üzrə 36 nəfər təqsirləndirilən şəxsin işi üç qrupa bölünüb. Hər qrupda 12 nəfər mühakimə olunur. Onların işinə Səbail rayon Məhkəməsinin sədri baxır.

Təqsirləndirilən şəxslər arasında 15 nəfər AXCP fəalı, Müsəlman Birliyi Hərəkatının iki üzvü, Naxçıvanın daxili işlər nazirinin keçmiş müavini də var.

"Adlar çəkirdilər"

Martın 4-də məhkəməsi keçirilən 12 nəfərlik qrupa AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim Bəxtiyar İmanov da daxildir. Cinayət işinin materiallarında onlar yürüşdə baş verən iğtişaşların təşkilatçısı kimi təqdim olunur. İddia edilir ki, yürüşdə iğtişaşlar ideyası Almaniyada yaşayan Qabil Məmmədov, onun həyat yoldaşı Aytən Ramazanovadan gəlib. AXCP funksionerləri də bu ideyanı öz təlimatlarıyla gerçəkləşdirib.

Siyasi mənsubiyyəti olmayan təqsirləndirilən şəxslərdən 6-sı məhkəmədə dindirilərkən bildirib ki, istintaq zamanı onlardan bu haqda ifadə almağa cəhd göstərilib. Deməliydilər ki, AXCP rəhbərliyi onlara yürüşdə iştirak edib, təxribatlar törətmək (Milli Məclisin binasına daxil olmaq, polis maşınını aşırmaq və s.) haqda təlimat verib. Onlar bu ifadələrdən ötrü işgəncələrə məruz qaldıqlarını bildiriblər. Hətta biri deyib ki, bədəninə cərəyan verilib: "Adlar çəkirdilər ki, onlardan göstəriş aldığımızı deyək, biz də heç o adamları tanımırdıq".

"Çünki bu hökuməti yaxşı tanıyırıq"

AXCP Rəyasət Heyəti üzvlərindən Ayaz MəhərrəmliMəmməd İbrahim ifadə verib. Onlar yürüşdə iştirak etmədiklərini, partiyanın yürüşdə iştirakla bağlı nə bir qərarı olduğunu, nə də kiməsə göstəriş verildiyini deyiblər. Əksinə, yürüş başlayandan sonra öz aralarındakı daxili müzakirələrdə Rəyasət Heyətinin üzvlərindən bir neçəsi cəbhəçilərin bu yürüşdə iştirakının əleyhinə olub.

"Şəxsən mən əleyhinə olmuşam. Hadisədən sonra da bəzi üzvlərimizin yürüşdə iştirakıyla əlaqədar demişəm ki, nahaq getdilər. Öz aramızdakı qrupun yazışmalarını istintaq ələ keçirib, orada da var. Çünki bu hökuməti yaxşı tanıyırıq, fikirləşirdik ki, xalqın öz təşəbbüsüylə keçirdiyi aksiyaya başqa ad qoya bilər. Özüm də həmin gün, ümumiyyətlə, evdən çıxmamışam", – İbrahim belə deyib.

Məhərrəmli bildirib ki, iyul ayında hər gün 2 saatlıq SMS-icazə ilə ailə üzvləri ilə bulvarda gəzib, evə qayıdırdı. Həmin gün də eyni cür davranıb. O, dediklərinin yoxlanması üçün həmin günlərdə telefonunun anten dairələri ilə bağlı araşdırma aparılmasını təklif edib.

Xatırlatma

2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həm Daxili İşlər Nazirliyi, həm də Baş Prokurorluq dindirmələr zamanı şəxsin özünün və ya bir başqasının əleyhinə ifadə almaq üçün işgəncə verilməsi haqda iddiaları rədd edir. Bu haqda iddiaları məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG