Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:31

Tehran İran gəmisinin 'terrorçu hücuma' məruz qaldığını deyir


İranın IRISL şirkətinin gəmilərinə konteyner yüklənir (Arxiv fotosu)
İranın IRISL şirkətinin gəmilərinə konteyner yüklənir (Arxiv fotosu)

Tehran bu həftə İran dövlət şirkətinə aid yük gəmilərindən birinin, onun təbirincə deyilərsə, “terrorçu” hücuma məruz qaldığını xəbər verib.

Bu barədə məlumatı İranın dövlət telekanalları martın 12-də yayıb.

Xəbərdə İslam Respublikasının Iran Shipping Lines group (IRISL) şirkətinin sözçüsü Əli Qiyasiana isitnadən bildirilir ki, sözü gedən gəmiyə martın 10-da “partladıcı cihazla” hücum edilib.

Bu da bildirilir ki, gəmi İrandan Avroia istiqamətində üzürdü.

Qiyasian deyib ki, zərbə nəticəsində Şəhre Kord adlı gəminin göyərtəsində baş vermiş kiçik yanğın dərhal söndürüıüb.

Xəbər verilir ki, insident nəticəsində tələfat olmayıb.

Qiyasian bu hadisəni “terrorçu hərəkət və dəniz quldurluğunun nümunəsi” adlandırıb.

Reuters iki dəniz təhlükəsizliyi mənbəyinə istinadən bildirib ki, ilkin əlamətlərə görə konteyner daşıyan gəmi naməlum mənbə tərəfindən bilərəkdən hədəflənib.

İsrail elementi

Bundan iki həftə əvvəl İranın qatı düşməni İsrail bildirmidi ki, onun yük gəmisinə fevraklın 25-də Oman körəfzində edilmiş hücumun arxasında İran dayanıt.

Tehran bu ittihamı elə həmin gün rədd ermişdi.

Martın 12-də ABŞ və regional rəsmilərə istinad edən The Wall Street Journal qəzeti yazırdı ki, İsrail 2019-cu ilin sonlarından bəri Suriyaya əsasən İran nefti daşıyan onlarca gəmini vurub.

Qəzet yazır ki, İsrail bu məqsədlə dəniz minalarındabn istifadə edir.

İsrail rəsmiləri İran gəmiləri qarşı hücumlarını davam etdirıcık.

IRISL şirkəti ötən ilin Birləşmiş Ştatların qara siyahısına salınıb.

Dövlət Departamenti iddia edirdi ki, bu şirkətin gəmiləri İranın nüvə və raket proqramlarına ibarət mayrterialalrı daşıyıb.

XS
SM
MD
LG