Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:38

Azərbaycanın Türkiyə iqtisadiyyatında rolu artır


Antalya
Antalya

İstər xarici kapitallı şirkət sayına, istərsə birbaşa xarici investisiya həcminə görə Azərbaycan Türkiyədən ötrü ən önəmli ölkələrdən biridir. Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birbaşa xarici investisiyalarla bağlı hesabatından aydın olur ki, Azərbaycan hər iki istiqamət üzrə ilk onluğa daxildir.

2002-2020-ci illərin göstəricilərinə əsasən, bu müddət ərzində Azərbaycan şirkətləri Türkiyəyə 7 milyard 174 milyon dollar həcmində investisiya yatırıb. Bu, həmin illər boyunca Türkiyəyə yatırılan bütün xarici investisiyaların 4.3 faizi deməkdir.

2002-2020-ci illərdə Türkiyəyə ən çox birbaşa xarici investisiya yatıran ölkələr

Ölkə

İnvestisiyanın həcmi (milyon dollar)

Ümumi investisiyalarda payı

1

Hollandiya

26 421

15.9%

2

ABŞ

12 902

7.7%

3

İngiltərə

11 708

7.0%

4

Avstriya

10 657

6.4%

5

Almaniya

10 300

6.2%

6

Lüksemburq

10 027

6.0%

7

İspaniya

9 586

5.8%

8

Belçika

8 862

5.3%

9

Fransa

7 594

4.6%

10

Azərbaycan

7 174

4.3%

Xarici kapitallı şirkət sayı ilə bağlı rəqəmlərdə də bənzər göstərici gözə çarpır. Ötən ilin sonuna olan məlumata görə, Türkiyədə toplam 73 min 675 xarici kapitallı şirkət fəaliyyət göstərir. Bunlardan 2 min 554-ü Azərbaycan kapitallı şirkətdir. Həmin göstərici ilə Azərbaycan 89 ölkə arasında yeddincidir.

Türkiyədə fəaliyyət göstərən xarici kapitallı şirkətlərin ölkələr üzrə sayı

Ölkə

Türkiyədə şirkət sayı

1

Suriya

12 874

2

Almaniya

7 640

3

İran

6 388

4

İngiltərə

3 215

5

İraq

3 035

6

Hollandiya

3 002

7

Azərbaycan

2 554

8

Rusiya

2 398

9

ABŞ

1 962

10

Fransa

1 615

Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan əcnəbilər arasındadır

Azərbaycanlılar Türkiyədə daşınmaz əmlak sektorunda da əsas oyunçulardan sayılırlar. Türkiyə statistika qurumunun məlumatlarından aydın olur ki, ötən il əcnəbilərə 40 min 812-ə mənzil satılıb və 1 min 279 mənzili azərbaycanlılar alıb.

2020-ci ildə Türkiyədə ən çox mənzil satın alan xarici ölkə vətəndaşları

Ölkə

Alınan mənzil sayı

İran

7 189

İraq

6 674

Rusiya

3 078

Əfqanıstan

1 929

Azərbaycan

1 279

Almaniya

1 265

Küveyt

1 231

Yəmən

1 181

Qazaxıstan

1 171

Ən çox turist göndərən ölkələrdən biri

Ötən il pandemiya ucbatından Türkiyə üçün də elə uğurlu sayılmasa da, 2019-cu il bu ölkənin tarixində turizmdən ən çox gəlir götürülən il kimi yadda qalmışdı (34.5 milyard dollar). Həmin il Azərbaycan turist sayı baxımından da ilk onluğa daxil olmağı bacarmışdı.

2019-cu ildə Türkiyəyə ən çox turist göndərən ölkələr

Ölkə

Turist sayı

Rusiya

7 milyon 17 min 656

Almaniya

5 milyon 27 min 472

Bolqarıstan

2 milyon 713 min 464

Böyük Britaniya

2 milyon 562 min 64

İran

2 milyon 102 min 890

Gürcüstan

1 milyon 995 min 254

Ukrayna

1 milyon 547 min 996

İraq

1 milyon 374 min 896

Hollandiya

1 milyon 117 min 290

Azərbaycan

901 min 723

Azərbaycan Dövlət Statistika Komitəsinin rəqəmlərindən də görünür ki, ölkənin ən çox idxal gerçəkləşdirdiyi ilk iki ölkədən biri məhz Türkiyədir. Ötən il Azərbaycanın 10.7 milyard dollarlıq toplam idxalının 1.6 milyardı Türkiyə məhsullarının payına düşüb. Başqa deyimlə, ölkəyə gətirilən məhsullara ödənən hər 100 dolların 15-i Türkiyəyə gedib.​

XS
SM
MD
LG