Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:25

Xristianlar bu dəfə də Pasxanı qadağalarla keçirdi


Şri Lankada Pasxa
Şri Lankada Pasxa

Papa Ukrayna və Dağlıq Qarabağda hərbi əsirlərin öz ailələrinə təhlükəsiz qovuşmasına çağırıb

Dünya xristianları dünən – aprelin 4-də Pasxa bayramını artıq ikinci dəfə koronavirus məhdudiyyətləri altında keçiriblər. Bayram ibadətləri ya məhdud şəkildə, ya onlayn formatda təşkil olunub, ya da təxirə salınıb.

Vatikanda izdihama qadağa qoyulub, amma Papa Frensis 200-dək ziyarətçinin iştirakıyla Müqəddəs Pyotr Bazilikasında messa keçirib.

Papa pandemiya qadağalarının dini ənənələrə təsirindən gileylənib.

Papa hərbi əsirlərdən danışıb

“Bu qadağaların, eləcə də dünyada ibadət azadlığına məhdudiyyətlərin qaldırılması, hər kəsin ibadətinə, Tanrını azad şəkildə tərifləməsinə icazə verilməsi üçün dua edirik”, – Frensis Urbi et Orbi (latınca “Şəhərə və dünyaya” deməkdir) çıxışında deyib.

“Dünyada hələ də çoxlu müharibə və zorakılıq baş verir! Qoy Tanrı bizə müharibə düşüncələrinə üstün gəlməyə kömək etsin”, – deyən papa özəlliklə Ukrayna və Dağlıq Qarabağda hərbi əsirlərin öz ailələrinə təhlükəsiz qovuşmasına çağırıb.

Azərbaycan ötən il 44 günlük müharibədən sonra bütün hərbi əsirləri buraxdığını, əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, “terrorçu” olduqlarını deyir.

Adətən, Vatikandakı messaya minlərlə insan qatılırdı. İtaliya hökuməti üçgünlük həftəsonu zamanı əhalinin evdə qalmasına göstəriş verib.

Papa bu il də böhranın iqtisadi zərbəsi dəymiş yoxsullar üçün dua edib, vaksin təchizatçılarını ən kasıb ölkələrə vaksin çatdırmağa səsləyib.

“Hər kəsin, özəlliklə aramızdakı ən həssas təbəqənin köməyə ehtiyacı, gərəkən qayğıya çıxış hüququ var”, – dünyadakı 1.3 milyardlıq katolikin baş ruhanisi deyib.

Yerusəlimdə, Suriyada bayram necə keçdi

Yerusəlimdə (Qüds) də Roman Katolik ruhanisi messanı idarə edib. Xristianların çoxu İsa Məsihin burada çarmıxa çəkildiyinə, basdırıldığına və sonradan dirildiyinə inanırlar.

İsraildə vaksinasiya kampaniyasının uğurla aparılması ölkədə bir çox ibadət yerlərini yenidən açmağa imkan verib. Amma səyahət qadağaları və karantin məhdudiyyətləri xarici zəvvarların gəlişini əngəlləyib.

Suriyada Dəməşqdəki kilsədə ziyarətçilər ölkənin iqtisadi və siyasi böhrandan çıxmasından ötrü dua ediblər. Ziyarətçilər məsafəni gözləsələr də maska taxmayıblar.

Hələ ümumi vaksinasiyaya başlamayan Suriyada təsdiqlənmiş yoluxmalarda kəskin artım var, paytaxtda reanimasiya şöbələri tamamilə dolub.

Cənubi Koreyanın ən böyük Protestant kilsəsi pasxa ibadəti zamanı tutumunun 17 faizi qədər ziyarətçi qəbul edib. Mərasim iştirakçıları maska taxıblar, tədbir xristian telekanallarında canlı yayınlanıb.

XS
SM
MD
LG