Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:50

Elektrik də bahalaşacaqmı?


Sayğac
Sayğac

Son günlər sosial şəbəkələrdə belə iddialar yer alır ki, qarşıdakı aylarda əhali üçün elektrik enerjisinin qiymətlərində artım olacaq. Həmin iddia müəllifləri vurğulayırlar ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıqpulunun da bahalaşması uzaqda deyil.

Yeri gəlmişkən, "Azərişıq" ASC-nin 2019-cu ili 54.9 milyon manat xalis zərərlə başa vurduğu bildirilir. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 min manatdan çox vergi borcu yarandığı qeyd edilir.

Hesablama Palatasının rəyinə görə, 2021-ci il dövlət büdcəsi layihəsində son illərdə ilk dəfə iri dövlət şirkətlərindən (Dövlət Neft Şirkəti, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərişıq" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərenerji" ASC) 46 milyon manat divident nəzərdə tutulub.

Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq.

Millət vəkili: "Tarif Şurası ləğv olunsun"
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

"Tarif Şurasına müraciət edilməyib"

"Azərişıq" ASC-nin mətbuat xidmətindən "Turan" agentliyinə bildirilib ki, qurum qiymətlərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib: "Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməyib".

Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklərini qeyd ediblər.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, yanvar ayında "Azəriqaz" İstehsalat Birliyi rəsmi şəkildə qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etmişdi: "Lakin benzin və dizel yanacağının qiymətləri artırıldı, təbii qazla bağlı isə məsələ ertələndi. Bu o deməkdir ki, təbii inhisarçılar olan dövlət şirkətləri özlərinin zay idarəetməsindən nəticə çıxarmayaraq, gərəksiz xərclərin azalmasını düşünməyərək ancaq qiymət artımı yolu ilə ziyanla işləməkdən və dövlət büdcəsindən dotasiyaların azalmasından sığortalanmaq istəyirlər".

N.Cəfərli
N.Cəfərli

"Dövlət inhisarçı şirkətləri büdcəyə yük olmamalıdırlar"

O qeyd edib ki, dövlət şirkətlərinə dövlət büdcəsindən dotasiyalar azalıb: "Bu, doğru addımdır, çünki dövlət inhisarçı şirkətləri büdcəyə yük olmamalıdırlar. Bunun bədəlini vətəndaşlar ödəməməlidir".

N.Cəfərli hesab edir ki, ilk növbədə həmin şirkətlərdə xərclər azalmalıdır və müxtəlif xərclərin şişirdilməsinin səbəbləri tapılmalıdır: "Çünki çox zaman bu xərclərin şişirdilməsi korrupsiya ehtimalını yaradır".

"Kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə..."

İqtisadçı vurğulayıb ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq: "Əgər dövlətdən ayrılan dotasiyaların azaldılması siyasəti yürüdülürsə, əlavə vəsaitlərə ehtiyac yaranır. Belə görünür ki, əlavə vəsaiti xərclərin azaldılması, idarəetmənin optimallaşdırılması yolu ilə əldə etməyi düşünmürlər".

'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

N.Cəfərlinin fikrincə, qiymətlərin artırılmasına ehtiyac yoxdur: "Azərbaycanda vətəndaşların alıcılıq qabiliyyətini, gəlirlilik səviyyəsini, həmçinin, qazın və işığın şişirdilmiş dəyərini nəzərə alaraq hətta indiki qiymətlər heç də ucuz deyil. Azərbaycanda insanların alıcılıq qabiliyyətinə görə bu qiymətlər hətta bir az bahadır, çünki qazın və elektrik enerjisinin istehlak həcminə limitlər də qoyulub. Ona görə də, tariflərin artırılmasına ehtiyac yoxdur".

Xatırlatma

Azərbaycanda elektrik enerjisinin son bahalaşması 2016-cı ildə baş verib.

Hazırda Azərbaycanda əhali qrupu üzrə aylıq elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt-saat təşkil edir. Bu limit çərçivəsində elektrik enerjisinin 1 kVt-saatı 7 qəpikdən hesablanır. Limiti keçdikdə istifadə edilən elektrik enerjisinin 1 kVt-saatı üçün qiyməti 11 qəpikdən hesablanır.

XS
SM
MD
LG