Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

Facebook İran təşkilatına bağlı hesabları silib


Mücahidini-Xalq 2019-cu ildə Albaniyada konfrans keçirmişdi
Mücahidini-Xalq 2019-cu ildə Albaniyada konfrans keçirmişdi

Sosial şəbəkənin bildirməsinə görə, saxta hesabların bəziləri İranın tanınmış şəxsləri və vəfat etmiş dissidentlərinin forolatından istifadə ediblər

Facebook sosial şəbəkəsi İranın mühacirətdən işləyən təşkilatına bağlı, İran hökumətini tənqid edən kontent yerləşdirən yüzlərlə saxta hesabı bağlayıb.

Həmin hesablar islam respublikasını devirməyə çalışan Mücahidini-Xalq (MEK) təşkilatını dəstəkləyib. Facebook aprelin 6-da hesabların saxta olduğunu bildirib.

Eyni məkandan idarə olunan hesablar

Sosial şəbəkə hesabların Albaniyada MEK üçün işləyən bir qrup şəxs tərəfindən eyni məkandan idarə olunduğunu müəyyənləşdirib.

ABŞ 2012-ci iləcən MEK-i terrorçu qrup hesab edir. Lobbiçilik fəaliyyəti, zorakılığa son qoyulacağı vədlərindən sonra qrup bu təsnifatdan çıxarılıb.

Facebook bildirir ki, hesablar bir neçə il ərzində əhəmiyyətli auditoriya toplaya bilməsə də, əməliyyata “sərt təşkil olunmuş troll fabriki”nin cəlb olunduğu, adamlara sosial mediada daha çox dezinformasiya yaymaq üçün pul verildiyi aydın görünür.

Fəaliyyət Mərkəzi Avropa vaxtıyla idarə olunub. Məsələn, postlar səhər saat 9-da çoxalıb, nahara azalıb.

İranda Əlirza Fərşinin həbs cəzası 50 ay artırıldı
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

300-dən çox hesab, səhifə

“Trollar da yeməlidirlər”, – Facebook-da qlobal təhdid üzrə kəşfiyyat əməliyyatına başçılıq edən Ben Nimmo konfrans zəngi zamanı jurnalistlərə deyib.

Saxta hesablar şəbəkəsi 2017-ci ildə və 2020-ci ilin sonunda daha aktiv olublar. Ümumilikdə Facebook və Instagram-da 300-dən çox hesabın, səhifənin, qrupun silindiyi bildirilir.

Sosial şəbəkənin bildirməsinə görə, saxta hesabların bəziləri İranın tanınmış şəxsləri və vəfat etmiş dissidentlərinin forolatından istifadə ediblər.

Facebook 2019-cu ildən belə fotolardan istifadə olunan yeddi əməliyyatı pozduğunu, bu işi davam etdirəcəyini bildirir.

“Bilirik ki, bizim fəaliyyətə cavab olaraq nüfuzetmə əməliyyatları təkamül edəcək və yeni aldadıcı davranışlar peyda olacaq”, – şəbəkə vurğulayıb.

XS
SM
MD
LG