Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Braziliyada koronavirusdan ölüm 400 minə yaxınlaşır


Hindistanda koronavirus qurbanlarının meyitləri yandırılır
Hindistanda koronavirus qurbanlarının meyitləri yandırılır

Son 24 saatda 3 mindən çox ölümün qeydə alındığı Braziliyada virusdan rəsmi ölü sayı 398 mini keçib

Braziliyada COVID-19-dan ölüm halları 400 minə yaxınlaşır. Beynəlxalq ictimaiyyət isə Hindistana artan yoluxmalarla mübarizədə yardım göndərir.

Son 24 saatda 3 mindən çox ölümün qeydə alındığı Braziliyada virusdan rəsmi ölü sayı 398 mini keçib.

COVID-19 böhranı son aylar ölkədə böhran yaradıb. Buna həm qadağaların yüngülləşdirilməsi və yüksək yoluxucu virus ştamm səbəb olub.

Hindistanda isə ölü sayı 200 mini keçib. Son bir həftədə gündəlik yoluxmalar 300 mindən çox olur. Səhiyyə ekspertləri ölü və yoluxma sayının daha yüksək olduğunu deyirlər.

ABŞ Hindistana 100 milyon dollarlıq yardım göndərir

Birləşmiş Ştatlar aprelin 28-də Hindistana 100 milyon dollarlıq ləvazimat göndərdiyini açıqlayıb. Yardıma min oksigen silindri, 15 milyon N95 maska, 1 milyon sürətli diaqnostika testi daxildir.

Ağ ev həmçinin AstraZeneca şirkətindən sifariş etdiyi vaksinləri Hindistana yönəldib, bu isə 20 milyon dozadan artıq vaksin deməkdir.

“Pandemiyanın ilkin dövründə Hindistan Birləşmiş Ştatlara yardım göndərdiyi kimi ABŞ da Hindistana ehtiyacı olduğu məqamda kömək göstərəcək”, – Ağ ev bildirib.

Dünya Səhiyyə Təşkilatının (DST) həftəlik icmalında qeyd olunur ki, ötən həftə dünya üzrə 5.7 milyon aşkarlanan yoluxmanın 38 faizi Hindistanın payına düşüb.

Qurumun məlumatına görə, modellər Hindistanda tüğyan edən B.1.617 ştamının yoluxuculuğunun artdığını göstərir.

Dehlinin Baş naziri Arvind Kejrival deyib ki, ikinci dalğada adamlar xəstəliyi daha ağır və daha uzun müddətə keçirirlər, bu isə səhiyyə sisteminə təzyiqi artırır.

“İndiki dalğa xüsusilə təhlükəlidir. Yüksək dərəcədə yoluxucudur, yoluxanlar tezliklə sağala bilmirlər. Bu şəraitdə reanimasiya şöbələrinə tələbat artır”, – o vurğulayıb.

Sputnik V

Bu arada Meksika Rusiyanın Sputnik V vaksinini istehsal etmək planlarını açıqlayıb. Xarici işlər naziri Marselo Ebrard aprelin 28-də Rusiyaya səfəri zamanı belə bir açıqlama verib.

Meksika son aylar 1 milyon dozadan artıq Sputnik V vaksini əldə edib. Sputnik V və Çinin CanSino vaksinindən əlavə Meksika Pfizer, AstraZeneca və Sinovac vaksinlərindən də istifadə edir.

160 milyon əhalisi olan Banqladeş də prinsipcə Çin və Rusiya vaksinlərinin istehsalını təsdiqləyib.

Pandemik durumun pisləşdiyi Türkiyə karantin altındadır. Rusiyanın Sputnik V vaksinindən 50 milyon dozanın çatdırılması üzrə razılaşma imzalayıb. Səhiyyə naziri Fahrettin Koca deyib ki, ilk göndərişlər mayda gələcək.

Avropada ləng başlamış vaksinasiya da sürətlənir. Bir sıra ölkələrdə vəziyyət tədricən düzəlir. Fransa Prezidenti Emmanuel Makron aprelin 30-da qadağaların necə yumşaldılacağını açıqlamalıdır.

XS
SM
MD
LG