Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:31

Hindistanda böhran dərinləşir


Pakistanda lokdaunda. Bazarda işləyənlər dincəlir
Pakistanda lokdaunda. Bazarda işləyənlər dincəlir

Almaniyada da yoluxmalar pik həddən düşür, Avropanın ən böyük iqtisadiyyatında vaksinasiya kampaniyası sürətlənir

Hindistanda koronavirusa yoluxmalar və ölüm halları çoxalır, Cənubi Asiyanın digər yerlərində də virus tüğyan edir.

Bir sıra ölkələr Hindistana yardım göndərir, oksigen, tibbi ləvazimat çatışmazlığına kömək olmaq istəyirlər. Britaniya hökuməti keçmiş koloniyasına əlavə min süni nəfəs aparatı göndərəcəyini açıqlayıb.

Cənubi Asiya

Son bir həftə ərzində Hindistanda 2.6 milyon yeni yoluxma, 23 min 800-ə yaxın ölüm qeydə alınıb və ölkədə virusdan ümumi ölü sayı 215 minə yaxınlaşır. Ekspertlər hər iki rəqəmin xeyli yüksək olduğunu düşünürlər.

Baş nazir Narendra Modi hökuməti ölkə boyunca lokdaun tərəfdarıdır, amma bir çox ştatlar özləri məhdudiyyətlər tətbiq edirlər.

Cənubi Asiyada Nepal və Şri Lankada yoluxmalarda kəskin artım yaşanır, xəstəxana çarpayıları, oksigen ehtiyatı, tibbi ləvazimat çatışmır.

“Yoluxmalarda indiki artımı dayandıra bilməsək, tezliklə Hindistandakı kimi böhranla üzləşə bilərik”, – Şri Lankanın baş epidemioloqu Sudat Samaraveera deyib.

Pakistan da üçüncü dalğa ilə üzləşir. Hakimiyyət mayın 4-dən 20-dək ölkənin Əfqanıstan və İranla sərhədlərini müvəqqəti məhdudlaşdırmaq qərarına gəlib. Qadağa Pakistana evinə qayıdanlara aid deyil.

Avropa

Avropada isə vəziyyət tədricən düzəlir.

Mayın 3-dən Rumıniya paytaxtı Buxarestdə koronavirusa qarşı qadağalar yumşaldılır.

Almaniyada da yoluxmalar pik həddən düşür, Avropanın ən böyük iqtisadiyyatında vaksinasiya kampaniyası sürətlənir.

Almaniyanın Vitse-kansleri Olaf Şolz mayın 2-də deyib ki, hökumət tam vaksinasiya olunmuş, yaxud yoluxmadan sağalmış şəxslərə daha az qadağa tətbiq etməklə bağlı təklif verə bilər.

İngiltərəyə gəlincə, Liverpul musiqi festivalı keçirərək virusun belə tədbirlərdə necə yayılmasını sınayıb. 5 minədək şəxs maska taxmadan və sosial məsafəni gözləmədən açıq havada keçirilən tədbirə qatılıb.

Onlar COVID-19-dan mənfi test nəticəsi təqdim edəndən sonra tədbirə buraxılıblar, festivaldan beş gün sonra test verəcəklərinə söz veriblər.

XS
SM
MD
LG