Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:39

Erdoğan və Putin Qəzza və Yerusəlimi müzakirə ediblər


Prezidentlər - Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin
Prezidentlər - Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin

Türkiyə və Rusiya prezidentləri Recep Tayyip ErdoğanVladimir Putin mayın 12-də aralarındakı telefon danışığı zamanı Gəzza və Yerusəlimdəki gərginliyi müzakirə ediblər.

Bu xəbəri Türkiyə prezident aparatına istinadən Reuters agentliyi yayıb.

İsrail mayın 12-də Qəzza zolağına yüzlərlə hava zərbəsi endirib. Buna cavab olaraq Həməs və başqa Fələstin qruplaşmaları sərhəd üzərindən yüzlərlə raket atıblar.

İki tərəf arasında son illərin ən intensiv toqquşmalarında 40-dan artıq insanın həlak olduğu xəbər verilir.

Agentliyin verdiyi xəbərə görə Erdoğan Putinə deyib ki, beynəlxalq birlik İsrailə “çəkindirmə dərsi verməlidir”.

Türkiyə prezidenti bildirib ki, Ankara bu hadisəyə reaksiya vermək üçün öz mövqeyini səfərbər etməkdədir.

Erdoğan sülhməramlıların gətirilməsini istəyir

Erdoğan habelə deyib ki, fələstinlilərin təhlükəsizliyini müdafiə etmək üçün bölgəyə beynəlxalq sülhməramlılar gətirilməllidir.

Əslində Türkiyə bu təklifi 2018-ci ildən verib.

Kremldən verilən xəbərdə deyilir ki, Putin və Erdoğan Moskva və Ankaranın İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasından həllinə tərəfdar olduqlarını vurğulayıblar.

Danışıqlar zamanı habelə bu münaqişənin beynəlxalq miqyasda tanınmış hüquqi normalar əsasında həll olunmalı olduğu vurğulanıb.

İsrail və fələstinlilər arasında baş verən toqquşmalarda azı 46 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Vladimir Putin bildirib ki, tərəflər arasında danışıqlarda “Yaxın Şərq kvarteti” kimi tanınan və Rusiya, Avropa İttifaqı, BMT və ABŞ-dan ibarət olan qrupun xüsusi rolu olmalıdır.

Rusiyanın rəsmi TASS xəbər agentliyi bildirir ki, Putin və Erdoğan tərəfləri gərginliyi azaltmağa, yaranan mübahisələri dialoqla həll etməyə çağırıblar.

XS
SM
MD
LG