Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:40

Asiyada virus yenidən baş qaldırır


Tailand, arxiv fotosu
Tailand, arxiv fotosu

Mayın 25-də Avstraliyanın ikinci böyük şəhəri olan Melburnda COVID-19 qadağaları bərpa olunub

Birləşmiş Ştatlar son bir il ərzində COVID-19-a həftəlik yoluxmaların ən aşağı həddə düşdüyünü açıqlayıb. Ölkədə yetkin yaşlıların 60 faizinə vaksinin azı bir dozası vurulub.

Son yeddi gündə ortalama yoluxma göstəricisi 180 mindən aşağı düşüb. Mayın 23-də bitən həftədə virusdan ölüm halları isə 3 min 969 olub. Hesablamanı “Reuters” agentliyi aparıb.

Tayvanda və Vyetnamda kəskin artım

Bu arada Asiyada pandemiya yenidən baş qaldırıb. Hindistan yoluxmalarla mübarizə aparır. Virusu uğurla cilovlamış Tayvan və Vyetnamda isə koronavirusa yoluxmalarda kəskin artım qeydə alınır.

Sinqapur və Malayziya da ictimai səhiyyə tədbirlərini, qadağaları gücləndirib.

Mayın 24-də Hindistanda pandemiyadan ölü sayı 300 mini keçib. Bu arada ölkənin şərq sahilində gözlənən qasırğa kütləvi təxliyələrə səbəb olub, onsuz da təzyiq altında səhiyyə sisteminə əlavə yük yaranıb.

ABŞ Dövlət Departamenti amerikalıları COVID-19-a yoluxmaların yeni dalğasından dolayı Yaponiya və Şri Lankaya səyahət etməməyə çağırıb.

Vaksinasiyanın ləng getməsinə görə tənqid olunan Yaponiyada isə kütləvi peyvənd mərkəzləri açılıb. İyulda ölkədə ötən ildən təxirə salınmış olimpiya oyunları gözlənir.

Avstraliya, Çili

Mayın 25-də Avstraliyanın ikinci böyük şəhəri olan Melburnda COVID-19 qadağaları bərpa olunub. Üç aya yaxın idi Viktoriya ştatında heç bir yoluxma qeydə alınmırdı, buna uzun və sərt lokdaunla nail olunmuşdu.

Avropanın kiçik adası Maltada yetkin yaşlıların 70 faizinə vaksinin azı bir dozası vurulub. Səhiyyə naziri AB-də ilk ölkə olaraq kütləvi immunitetə yaxın olduqlarını deyib.

Cənubi Amerikada isə Çili regionda vaksinasiya kampaniyasına görə öndə gedir. Hökumət mayın 24-də bildirib ki, tam peyvənd olunmuş şəxslərin ölkə daxilində daha sərbəst gəzməsinə icazə veriləcək. Ancaq yoluxmaların kökünü kəsməkdən ötrü sərhədlər iyunun ortasınadək bağlı qalacaq.

Çilidə əhalinin 50 faizinə, yaxud 7.7 milyon nəfərə vaksinin hər iki dozasının vurulduğu bildirilir.

XS
SM
MD
LG