Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

İranın Cənubi Qafqazda fəallığı niyə artıb?


Sərhəddə nə baş verir: Ermənistan atışmada bir əsgərinin öldüyünü bildirir, Azərbaycan təkzib edir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Sərhəddə nə baş verir: Ermənistan atışmada bir əsgərinin öldüyünü bildirir, Azərbaycan təkzib edir

Azərbaycanla Ermənistan sərhədində gərginlik başlayandan bəri İranın fəallığı da artıb. İran rəsmiləri Azərbaycana və Ermənistana səfərlər edir, telefonla danışır, durumu müzakirə edirlər.

Bu gün mayın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanda səfərdədir, onu prezident İlham Əliyev qəbul edib.

Bu görüşdə tərəflər həm də Qarabağ müharibəsindən sonrakı durumu müzakirə ediblər. Zərif bildirib ki, Azərbaycanın Ermənistanla sülhə nail olmasında, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İran hər hansı rol oynamağa hazırdır. Sabah, mayın 26-da onun Ermənistana da səfəri gözlənir.

Bəs, İranın son günlərdəki fəallığı nədən qaynaqlanır?

Həm Ermənistandakı, həm də Azərbaycandakı ekspertlər düşünürlər ki, İran Ermənistan ərazisindən keçməsi planlaşdırılan nəqliyyat dəhlizinin taleyindən nigarandır. Çünki bu dəhliz Azərbaycanla Ermənistan sərhədindən, mayın 12-dən gərginlik yaşanan Syunik ərazisindən keçir.

Ekspert: Syunik İran üçün strateji məsələdir

Yerevanda Sivilizasilalar və Mədəni Araşdırmalar mərkəzinin eksperti, iranşünas Anna Gevorqyan AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, İranın nümayiş etdirdiyi fəallıq Syunik ətrafında yaranan durumla bağlıdır:

“Özəlliklə, region ölkələrinin ərazi bütövlülüyünə aid məsələlər, İranın təhlükəsizlik sistemi üçün olduqca həssas və vacibdir. Syuniklə bağlı məsələyə gəldikdə, bura İran üçün strateji əhəmiyyətlidir. Syunikin İranı Qara dəniz və Avropa ölkələri ilə bağlayan dəhliz, alternativ yol kimi strateji əhəmiyyəti var. İran üçün Türkiyə və Azərbaycandan keçən yollara alternativ hesab edilən bir yolu əldə etmək olduqca vacibdir. Bütün bunları nəzərə alaraq, İranın son dönəmdə göstərdiyi aktivlik olduqca məntiqlidir”.

Dünən mayın 24-də İranın nəqliyyat naziri də Ermənistana səfər edib. Səfər zamanı tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi ilə bağlı məsələləri müzakirə ediblər. Bu dəhliz İranı Qara dənizlə birləşdirməlidir.

İran o qədər də güclü deyil

Bakıda Politoloq Azər Qasımlı da deyir ki, İran Azərbaycan - Ermənistan sərhədində baş verənlərlə birbaşa maraqlanır. Çünki İran sərhədi məhz “Zəngəzur dəhlizinin” keçdiyi ərazidə yerləşir. Amma Azər Qasımlının fikrincə, İran hadisələrə müdaxilə etmək gücündə deyil:

“İran çox gözəl başa düşür ki, Ermənistan istər iqtisadi, istər hərbi, istər də siyasi nöqteyi-nəzərdən Rusiyaya bağlı ölkədir. Düzdür, indi onun baş naziri fərqli siyasət yürüdür. Ola bilər ki, gələcəkdə Rusiya Ermənistanda hansısa hakimiyyət dəyişikliyi, hətta hakimiyyət çevrilişinə cəhd eləsə, İran buna da susacaq. Ümumiyyətlə, götürəndə İranın istər Azərbaycana, istər Ermənistana müdaxilə etmək imkanları yoxdur. İran sanksiyalar ucbatından sıxılmış durumdadır. Regionda gücü həm Türkiyə, həm Rusiya, həm Qərblə müqayisədə daha azdır”.

Azər Qasımlı deyir ki, indiki məqamda İran Azərbaycandan digər qonşu ölkələrlə olduğu kimi münasibət qurulmasını istəyir və Azərbaycanın hər hansı beynəlxalq hərbi bloklara üzvülüyünə qarşıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Tehran rəsmiləri Bakı ilə Yerevan arasında: İranın istədiyi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Mayın 12-dən Azərbaycan və Ermənistan sərhədində başlayan gərginlik səngimir.

Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub və Ermənistan ərazisində postlar qurur.

Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini bildirir.

Azərbaycan bu sərhədlərini bərpa edəndən sonra İrandan Ermənistana gedən əsas yollardan biri Azərbaycan sərhədindən keçəcək.

XS
SM
MD
LG