Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Neft ölkələri gəlirlərinin yarısını itirəcək


Neft buruğu
Neft buruğu

Bir ildə 45 faiz azalma

"Rystad Energy" beynəlxalq konsaltinq şirkəti pandemiyanın neft-qaz resursları ilə zəngin ölkələrin vergi gəlirlərinə təsirini araşdırıb. Üzə çıxıb ki, ötən il hasilatın düşməsi və qiymətlərin ucuzlaşması hökumətlərin neft və qaz sektorundan əldə etdiyi vergilərin miqdarını 560 milyard dollaradək azaldıb. Halbuki, pandemiyadan öncə neft-qaz sektorunun ödədiyi vergilərin həcmi 1 trilyon dolları aşırmış. Deməli, bir ildə təxminən 45 faiz azalmadan söhbət gedir.

Araşdırma müəlliflərinin fikrincə, neft-qaz sektorundan əldə edilən vergi miqdarı bir daha heç vaxt 1 trilyon dollar həddinı ötməyə bilər. Bərpa olunan enerji qaynaqlarına və enerjinin səmərəlilik tədbirlərinə öncəlik verildiyindən "enerji keçidi" (energy transition) prosesinin başlanması buna əsas səbəb kimi göstərilir.

SOCAR 'AI-95' və 'AI-98' benzini niyə özü istehsal etmir? Ekspert səbəbləri izah edir
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

"Rystad Energy"nin proqnozuna görə, bu il qlobal neft-qaz vergiləri 975 milyard dollara çatacaq və bu, neft-qaz sektorundan toplanan vergilərin 1 trilyon dollarlıq göstəriciyə yaxınlaşacağı son il olacaq. Proqnozlara əsasən, həmin göstərici 2022-ci ildə 800 milyard dollar, 2030-cu illərin əvvəllərində isə təxminən 900 milyard dollar olacaq. Ardınca sürəkli azalma başlanacaq. Sözügedən göstərici 2040-cı ildə 580 milyard dolları, 2050-ci ildə isə təxminən 350 milyard dollar aşmayacaq. Neft-qaz ölkələri iqtisadi şaxələnməyə nail olmasa və resurs asılılığını azaltmasa, 2050-ci ilədək 5 trilyon dollara yaxın vergi gəliri itirilə bilər.

İqtisadiyyatı neft və qaz gəlirlərindən çox dərəcədə asılı ölkələri yüksək, orta və aşağı risk qrupuna bölən araşdırıcılar Azərbaycanı yüksək risk qrupuna daxil ölkələrdən sayıblar. Enerji keçidi prosesi Azərbaycanın da neft və qaz sektorundan əldə etdiyi vergi gəlirlərini azaldacaq.

Neft buruqları arasında dözülməz həyat
Gözlə

No media source currently available

0:00 0:05:32 0:00

Qiymət artır, amma hasilat azalır

Son günlərdə dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi gözə çarpır. "Bloomberg" agentliyinin xəbərinə görə, qiymət artımına səbəb olan əsas amillər neftə tələbin qismən canlanmasıyla bağlıdır. İranın Vyanadakı diplomatik danışıqlar nəticəsində günlük, ən azı, 1 milyon barel neftlə qlobal bazara dönəcəyi senarisinin hələ reallaşmaması da bunda rol oynayır.

Azərbaycan neftinin qiyməti də uzun aradan sonra 70 dollar həddini aşıb. Bu qiymət əvvəlki aylarla müqayisədə önəmli artım sayılsa da, Azərbaycan Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan daxil olan vəsaitin həcmi azalıb. Bu ilin ilk beş ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından Neft Fonduna 1 milyard 850 milyon dollar daxil olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 2 milyard 106 milyon dollar idi. Bu o deməkdir ki, son bir il ərzində yataqlar vasitəsi ilə əldə edilən gəlirlər 256 milyon dollar və ya 14 faiz azalıb. Azalmaya səbəb iki əsas amil - neftin nəqli ilə bağlı xərclərin artması və hasilatın azalmasıdır.

Neft yatağının üstündəki kəndin kasıb camaatı: 'Toxun acdan nə xəbəri?'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

"BP Azerbaijan" şirkətinin məlumatına görə, bu ilin ilk rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilat gündə ortalama 484 min barel olub. Bu göstərici yataqlar blokunda hasilatın rüb ərzində 44 milyon barel, yəni 6 milyon ton həcmində olduğunu göstərir. Ancaq ötən ilin birinci rübündə həmin yataqlarda günlük hasilat 524 min barel idi, yəni rüb ərzində 48 milyon barel və ya 6.4 milyon ton neft hasil edilmişdi. Bu göstərici "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatının bir il əvvələ görə 10 faizə yaxın azaldığını göstərir.

XS
SM
MD
LG