Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:30

Hindistanda koronovirusdan ölü sayı 400 mini keçir


Seulda Budda mərasimi, arxiv fotosu
Seulda Budda mərasimi, arxiv fotosu

Delta ştammı bu ayın sonuna gözlənən Tokio olimpiya oyunlarının bir qisminin izləyicisiz keçməsinə səbəb ola bilər

Hindistanda COVID-19-dan təsdiqlənmiş ölü sayı 400 mini keçib. İlk dəfə bu ölkədə aşkarlanmış delta ştammı dünyada yoluxmalarda yeni dalğaya səbəb olur.

İndiyədək dünyada pandemiyadan 4 milyonadək insan ölüb. Dünya Səhiyyə Təşkilatı (DST) rəsmiləri isə real sayın 2-3 dəfə çox olacağını düşünürlər.

Son 24 saat ərzində COVID-19-dan gündəlik 853 ölüm qeydə alınıb.

İzləyicisiz olimpiya oyunları

Delta ştammı bu ayın sonuna gözlənən Tokio olimpiya oyunlarının bir qisminin izləyicisiz keçməsinə səbəb ola bilər.

Yaponiyanın “Yomiuri” qəzetinin iyulun 2-də yazmasına görə, oyunların təşkilatçıları gecə tədbirləri və irimiqyaslı məkanlara izləyiciləri buraxmamağa meyllənirlər.

Ötən il pandemiyaya görə təxirə salınmış oyunların iyulun 23-də başlanacağı gözlənir. Xarici izləyicilərin gəlməsinə qadağa qoyulub.

Yaponiyanın Baş naziri Yoşihide Suqa iyulun 1-də deyib ki, gələn həftə izləyicilər, eləcə də Tokio və ölkənin digər yerlərində fövqəladə vəziyyətin qaldırılmasıyla bağlı qərarlar veriləcək.

Oyunların “izləyəcisiz keçməsi ehtimalı var. Yaponiya xalqının təhlükəsizliyi bizim prioritetmizdir”, – Suqa deyib.

Cənubi Koreya

Cənubi Koreya isə yanvardan bəri ən yüksək – 826 yoluxma aşkarlayıb. Böyük Seul ərazisində virusun yeni dalğası sarıdan narahatlıq var. Cəmi bir neçə həftə əvvəl nəzarətə aldığı düşünülən virus rəsmiləri yenidən hərəkətə gətirib.

Hökumət iyulun əvvəlindən ölkə boyunca sosial məsafə qadağalarını yüngülləşdirməyi planlaşdırırdı. Amma indi rəsmilər bunu azı bir həftə ertələmək qərarı veriblər.

Dünyada məskunlaşmaya görə dördüncü yerdə olan İndoneziyada isə iyulun 3-dən yeni məhdudiyyətlər qüvvəyə minir. Delta ştammı səhiyyə sisteminə ciddi təhdid yaradır. Əhalinin cəmi 5 faizinə vaksin vurulub.

XS
SM
MD
LG