Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Etiraz aksiyası: ‘Jurnalistikanı bir peşə kimi öldürürlər’


Novosibirskdə jurnalistlərə dəstək aksiyası
Novosibirskdə jurnalistlərə dəstək aksiyası

Rusiyanın Novosibirsk şəhərində hökumət tərəfindən “xarici agent” damğası vurulmuş jurnalistlərə dəstək aksiyaları keçirilir.

AzadlıqRadiosunun Rus xidmətinin yazdığına görə aksiya iştirakçıları Rusiyada jurnalist peşəsinin faktiki məhv edilməsi prosesinin getdiyini bildiriblər.

İyulun 16-da “Takiye dela” saytının redaktoru Rita Loginova şəhərin mərkəzi meydanına “Jurnalistlər düşmən deyillər! KİV azad olmalıdır!” plakatı ilə çıxıb.

Başqa bir piketçinin plakatında yazılımışdı: “Proyekt hakimiyyət haqqında təhqiqat aparır, yazanları “xarici agent” elan edirlər”.

Aksiyada “Jurnalistika cinayət deyil” plakatı da vardı.

İyulun 15-də Rusiya Baş Prokurorluğu populyar “Proyekt” saytını “arzuolunmaz” elan edib.

Rusiyada indiki qanunlarla bu damğa hər hansı təşkilata ölüm hökmü deməkdir.

Rusiya Ədliyyə Nazirliyi daha səkkiz jurnalisti “xarici agent” siyahısına daxil edib.

Proyektin baş redaktoru Roman Badanin, müxbirləri Pyotr Manyaxin, Olqa Çurakova, Mariya JeleznyovaYuliya Lukyanova da xarici agent elan olunublar.

Rusiyada daha bir populyar nəşrin – “Açıq media” saytının baş redaktoru Yuliya Yaroş, onun müavini Maksim Qlikin və AzadlıqRadiosunun müxbiri Yelizaveta Mayetnaya da “xarici agent” siyahısına düşüblər.

İfşaetmələr azalmayacaq

İyulun 16-da Proyekt saytının komandası bəyan edib ki, ABŞ-da qeydiyyatdan keçmiş və bu yaxınlarda “arzuolunmaz” elan edilmiş Project Media, Inc. şirkəti özünü ləğvetmə mərhələsindədir və bundan sonra Rusiyada işləyən jurnalistlərin heç biri ilə maliyyə bağlılığı olmayacaq.

Proyekt saytının jurnalist kollektivi fəaliyyətini davam etdirəcəyini bildirib, amma bunun necə ediləcəyi aydın deyil.

Redaksiyadan deyiblər ki, iqtidar barədə təhqiqatların sayı azalmayacaq. Kollektiv onlara dəstək verənlərə təşəkkürünü bildirib.

Rusiya Ədliyyə Nazirliyi habelə “xarici agent” siyahısına Hüquq və İctimai Siyasət İnstitutunu daxil edib.

Təşkilatın saytından verilən məlumatda deyilir ki, institut 1993-cü ildən fəaliyyət göstərir və ictimai maraq kəsb edən məhkəmə proseslərini izləyir, elmi-tədqiqat və nəşriyyat işi ilə məşğul olur.

2012-ci il...

Polis iyunun sonlarında Proyekt saytının baş redaktoru Roman Badaninin və saytın jurnalistlərinin evlərində axtarış aparıb.

Bu hadisə Putinə yaxın olan biznesmen İlya Traberə guya böhtan atılması ilə bağlı idi.

Axtrışlardan az əvvəl Proyekt anons etmişdi ki, daxili işlər naziri Vladimir Kolokoltsevin və onun qohumlarının bahalı daşınmaz əmlakı barədə təhqiqatı başa çatdırıb.

Daxili işlər naziri Vladimir Kolokoltsev prezident Putinlə
Daxili işlər naziri Vladimir Kolokoltsev prezident Putinlə

Aprelin sonlarında populyar internet qəzeti Meduza “xarici agent” elan edilib.

Qəzetin redaksiyası bildirmişdi ki, bu, nəşrin fəaliyyətini təhlükə altında qoyur. Qəzetə reklam verilməsi dayandırılmış və Meduza maliyyə dəstəyi üçün ictimaiyyətə müraciət etmişdi.

Vtimes saytı isə ona “xarici agent” statusu veriləndən bir neçə həftə sonra bağlandığını elan edib.

Rusiyada “xarici agent” qanunu 2012-ci ildə qəbul olunub. Bu həmin vaxtlar idi ki, Vladimir Putin baş nazir vəzifəsini Dmitri Medvedevə qaytararaq prezident kürsüsünə qayıtmışdı və bununla bağlı Moskva və Sankt Peterburqda izdihamlı etiraz aksiyaları keçirilmişdi.

“Xarici agent” kriteriyasının yayğınlığı

Sözü gedən qanuna görə xarici ölkədən maliyyə vəsaiti alan istənilən qeyri-kommersiya təşkilatı siyasi fəaliyyətlə məşğuldursa, xarici agent siyahısına salına bilər.

Burası da var ki, “xarici agent” kriteriyasının özü qanunda olduqca yayğındır.

Rusiyanın “xarici agent” qanunu bu qanunun şamil edildiyi beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunur.

Rusiya hökumətinə “xarici agent” terminindən imtina etmək və QHT-lərin siyasi fəaliyyəti barədə müddəanı dəqiqləşdirmək tövsiyə olunub.

Sözü gedən qanun həm təşkilatlara, həm də fiziki şəxslərə tətbiq oluna bilər.

Lakin jurnalistləri 2020-ci ilin dekabrından “xarici agent” elan etməyə başlayıblar.

Bu siyahıya insan haqları müdafiəçisi Lev Ponomaryov, siyasi fəal Darya Apoxonçiç, “Pskovskaya quberniya” qəzetinin baş redaktoru Denis Kamalyagin və AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalistllər Lyudmila SavitskayaSergey Markelov salınıblar.

XS
SM
MD
LG