Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:44

İran koronavirusun 5-ci dalğası ilə üzləşib


İran-Koronavirus xəstəxanası
İran-Koronavirus xəstəxanası

Tehranın küçələri iyulun 21-dən boşalıb.

Reüters yazır ki, buna səbəb pandemiyanın yenidən baş qaldırmasına görə hakimiyyətin bir gün öncə 6 günlük karantin rejimi tətbiq etməsidir.

Hazırda İran Covid-19 virusunun 5-ci dalğası ilə üzləşib.Buna səbəb ölkədə Covidin Hindistan variantı kimi tanınan “Delta” variantının peyda olmasıdır.

Tehran və Əlburz əyalətlərində vacib müəssisələri çıxmaq şərtilə hər yan qapanıb. Dövlət televiziyası əksər ofislər,teatrlar və idman zallarının bağlandığını xəbər verir.

Iran Yaxın Şərqdə pandemiyanın epidsentri sayılır.İyulun 20-də bu ölkədə rekord həddə-27 mindən çox yeni yoluxma halı qeydə alınıb.250 nəfərinsə bu virusdan öldüyü və artıq ölü sayının ümumilikdə 87 min nəfəri keçdiyi bildirilir.

İranda bu il ən böyük yoluxma halı aparelin 14-də qeydə aınmışdı-25 582 nəfər.

Hökumət sosial şəbəkələrdə səmərəli peyvənd kampaniyası apara bilməməkdə tənqidlərlə üzləşib. Məlumatlara görə 83 milyon əhalisi olan İran əhalisinin indiyədək yalnız 2,3 milyonu tam peyvənd alıb.

İran rəsmiləri isə peyvənd alınması ilə bağlı gecikmələrin ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu iddia edirlər.

Qeyd edək ki, İranın Ərbuz vilayəti Azərbaycanın cənub zonası ilə həmsərhəd olan bölgədə yerləşir.

Covidin Delta variantının artıq Azərbaycana da çatdığı bildirilir. Azərbaycan səhiyyə nazirliyinin iyulun 13- də yaydığı məlumata görə, 31 nəfərdə koronavirusun Delta variantı aşkarlanıb.

XS
SM
MD
LG