Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Bayden onlayn demokratiya sammiti keçirəcək


Azərbaycan Prezidenti İlham Əliyev (solda) və Co Bayden(arxiv fotosu)
Azərbaycan Prezidenti İlham Əliyev (solda) və Co Bayden(arxiv fotosu)

Sammitə hansı liderlərin dəvət alacağı, ölkələrin hansı kriteriyalarla demokratik sayılacağı bəlli deyil

ABŞ Prezidenti Co Bayden bu ilin dekabrında demokratik ölkə liderlərinin virtual Demokratiya Sammitini keçirəcəyini açıqlayıb. Məlumatı Ağ ev yayıb.

Bundan təxminən bir il sonra – 2022-ci ilin dekabrında isə belə bir sammitin üzbəüz keçirilməsi planlaşdırılır.

Prioritet mövzular

9-10 dekabr tarixlərinə planlaşdırılan sammitdə əsasən üç mövzuda öhdəlik və təşəbbüslər müzakirəyə çıxarılacaq: avtoritarizmdən müdafiə, korrupsiya ilə mübarizə və insan haqlarına sayqının təbliği. Bir illik konsultasiya, koordinasiya və fəaliyyətdən sonra Bayden bir daha dünya liderlərini öhdəliklərinin icrası sahəsində proqresi təqdim etməyə çağıracaq.

Məlumata görə, hər iki sammitə dövlət, vətəndaş cəmiyyəti, xeyriyyə təşkilatları, özəl sektor başçıları dəvət olunacaq. “Onların bir-birini və vətəndaşlarını dinləmək fürsəti yaranacaq, uğurlarını paylaşacaq, beynəlxalq əməkdaşlığı irəli aparacaq, demokratiya qarşısında çətinliklərdən açıq danışacaqlar...” – məlumatda deyilir.

Demokratik ölkələrin sammitini keçirməyi Bayden seçki kampaniyasında vəd etmişdi. O, sələfi Donald Trampı ABŞ-ın öz müttəfiqləri ilə əlaqələri pozmaqda, avtoritar tendensiyaları gözardı etməkdə suçlayırdı. O, Rusiyanı da belə tendensiyalarım mənbəyi kimi göstərirdi.

Kimlər dəvət olunacaq

Sammitə hansı ölkə liderlərinin dəvət alacağı, ölkələrin hansı kriteriyalarla demokratik sayılacağı bəlli deyil.

ABŞ-da mənzillənən “Freedom House” insan haqları təşkilatı Azərbaycanı oturuşmuş avtoritar rejim hesab edir. Qurum bildirir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.

Hakimiyyət təmsilçiləri isə ölkədə demokratik islahatların aparıldığını, təməl hüquq və azadlıqların qorunduğunu deyirlər.

Ermənistan yarı-möhkəmlənmiş avtoritar rejim, Gürcüstan isə tranzit, yaxud hibrid rejimlər sırasındadır.

XS
SM
MD
LG