Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:41

Britaniya vaksin pasportu tələb etməyəcək, amma...


Arxiv fotosu
Arxiv fotosu

Nebraskanın qubernatoru Pit Rikets deyib ki, digər respublikaçı qubernatorlarla birlikdə prezidenti məhkəməyə verəcək

Britaniya hakimiyyətə İngiltərədə gecə klublarına giriş və digər kütləvi tədbirlər üçün vaksin pasportu tələb etməmək qərarına gəlib. Bəzi deputatlar bu qaydaya qarşı çıxırdı.

Səhiyyə naziri Sacid Cavid hökumətin bu ideyanı indilik kənara qoyduğunu, ancaq COVID-19-a yoluxmalar artarsa yenidən nəzərdən keçirə biləcəyini deyib.

Artıq Fransa və İtaliyada belə pasportlar tələb olunur. Peyvəndlənmənin sübutu sayılan bu pasportlarla müxtəlif tədbirlərə, restoranlara getmək olur.

Cənubi Afrika

Cənubi Afrika isə COVID-19 pasportu tələb etmək planlarını açıqlayıb. Əhalinin böyük hissəsi peyvəndə şübhəylə yanaşır.

Prezident Kiril Ramafoza sentyabrın 12-də televiziya ilə çıxışında deyib ki, iqtisadiyyatın təkrar açılması və yoluxmaların dördüncü dalğasından yayınmaqdan ötrü yetkin yaşlıların peyvəndlənməsi vacibdir.

Onun sözlərinə görə, hökumət iki həftəyə “vaksin pasporltarı”na yanaşmasıyla bağlı əlavə informasiya verəcək.

Prezident deyib ki, son vaxtlar “yoluxmalarda davamlı azalma” sentyabrın 13-dən məhdudiyyətlərin yumşaldılmasına icazə verəcək.

Kosovo

Kosovo hakimiyyəti gündəlik yoluxmalarda davamlı artıma görə dərs ilinin başlanmasını ertələyib, məhdudiyyətləri sərtləşdirib.

“Kosovoda COVID-19-la bağlı epidemioloji vəziyyət ağır olaraq qaldığından” dərslər sentyabrın 26-dək təxirə salınıb.

Dövlət qurumlarında yalnız işi zəruri olanlar işə çıxır, üstəlik onlardan vaksinasiya kağızı, ya da test nəticəsi tələb olunur.

Respublikaçı qubernatorlar Baydenə qarşı

Birləşmiş Ştatlarda isə Prezident Co Baydenin məcburi vaksinasiya tələbi ətrafında qalmaqal davam edir. Nebraskanın qubernatoru Pit Rikets deyib ki, digər respublikaçı qubernatorlarla birlikdə prezidenti məhkəməyə verəcək.

Riketsin sözlərinə görə, Nebraskanın baş prokuroru digər baş prokurorlarla birlikdə məsləhətləşmələr aparır. Onlar prezidentin yeni qayda ilə səlahiyyətini aşdığını düşünürlər. ABŞ-da işçi sayı 100-dən yuxarı olan işəgötürənlərə icazə verilir ki, işçilərdən peyvənd vurdurmağı, yaxud hər həftə virusa qarşı test verməyi tələb etsinlər.

Baydenin ötən həftə açıqladığı yeni qaydalar milyonlarla amerikalını əhatələyir. Məqsəd daha çox adamın peyvənd vurdurmasıdır.

Seçim

“Bu, kiçik bizneslərin və amerikalı işçilərin hamısına nəhəng problemlər yaradacaq. Bir daha deyirəm, işinlə peyvənd vurdurmaq arasında seçim etmək qarşısında qalmamalısan”, – Rikets “Fox News”a deyib.

2 milyonadək əhalisi olan Nebraskada avqustun 27-də gündəlik yoluxma sayı 715 idi, sentyabrın 10-da 822 nəfərə qalxıb. Yüksaək yoluxucu delta ştammı sürətlə yayılmaqdadır.

Yoluxmaların artdığı qonşu Arkanzasın qubernatoru Asa Haçinson deyib ki, Baydenin vaksinasiyanı məcburi etməsi ictimaiyyətin vaksinlərə qarşı dirənişini qırmaq cəhdlərinə ziyan vuracaq.

Respublikaçı senator ştat sakinlərini vaksinasiyaya inandırmağa çalışır. O, sentyabrın 13-də NBC-yə deyib ki, federal səviyyədə vaksinasiyanın məcburi edilməsi “bu müqaviməti daha da sərtləşdirir”.

XS
SM
MD
LG