Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Ərdoğan Mərkəzi Bank rəsmilərini işdən çıxardı, lirə ucuzlaşdı


İstanbul, arxiv fotosu
İstanbul, arxiv fotosu

“Bloomberg” yazır ki, Ərdoğan mərkəzi bankı faiz dərəcələrinin azalmasının opponentlərindən xilas etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Mərkəzi Bank sədrinin iki müavinini işdən çıxarıb. Bu qərardan sonra türk lirəsi ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb.

Ərdoğan sərəncamı Mərkəzi Bank sədri Şahap Kavcıoğlu ilə görüşdən bir neçə saat sonra imzalayıb.

Uğur Namık Küçük kimdir

“The Financial Times” yazır ki, işdən çıxarılan müavinlərdən Uğur Namık Küçük bankın pul siyasəti komitəsinin səkkiz üzvündən biri idi və ötən ay beynəlxalq investorları şoka salmış, faiz dərəcəsinin salınması qərarına qarşı çıxmışdı.

“O, faiz dərəcəsinin azaldılmasına qarşı səs vermiş yeganə şəxs idi, o və ölkə üçün məyusedici haldır”, – İstanbuldan bir bankir qəzetə deyib.

“Bloomberg” yazır ki, Ərdoğan mərkəzi bankı faiz dərəcələrinin azalmasının opponentlərindən xilas etdi.

U.N.Kücük həm də lirənin məzənnəsini dəstəkləməkdən ötrü bankın xarici valyuta ehtiyatlarının satışa çıxarılmasına qarşı idi. 2019-cu ilin əvvəlindən başlanmış bu siyasət ötən ilin sonunadək davam etdi.

59 faiz dəyər itirmiş lirə

Ərdoğan həmçinin pul siyasəti komitəsinin çoxdankı üzvü Abdullah Yavaşı işdən çıxarıb. Türkiyə mediası onu ABŞ-da yaşadığı üçün tənqid edirdi.

Ötən gecə lirənin məzənnəsi ABŞ dollarına qarşı 1 faiz ucuzlaşıb, bir dollar 9.19 lirəyə bərabər olub. 2018-ci ildən lirə dollara qarşı dəyərinin 59 faizini itirib.

Prezident Ərdoğan yüksək faiz dərəcələrinə qarşıdır. O, mərkəzi bank sədrləri ilə qarşıdurmaya gedir, hətta inflyasiyanın hesabına artımın yüksəlməsinə çalışır.

2019-cu ildən mərkəzi bankın sədri üç dəfə dəyişib.

XS
SM
MD
LG