Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:42

Orban Rusiyadan əlavə qaz almağı nəzərdən keçirir


Vladimir Putin (sağda) və Viktor Orban
Vladimir Putin (sağda) və Viktor Orban

Rusiya ilə Ukrayna arasında gərginliklə bağlı suala cavabında Orban Macarıstanın “sülhdə maraqlı” olduğunu söyləyib.

Macarıstanın Baş naziri Viktor Orban deyir ki, gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda bu ölkədən qaz idxalını artırmağı müzakirə edəcək.

“Rusiya-Macarıstan qaz kontraktında razılaşdırılmış idxal səviyyəsinin artırılmasını istərdim”, – Putinlə dost olan Orban yanvarın 28-də ictimai radioya deyib.

“Kremlin xeyrinə qərar”

Macarıstan sentyabrda Qazprom-la təbii qaz təchizatı üzrə 15 illik müqavilə imzalayıb. Sənədə görə, Rusiyanın dövlət qaz nəhəngi hər il Macarıstana Ukraynadan yan keçən kəmərlərlə 4.5 milyard kubmetr qaz göndərməlidir.

Ukrayna rəsmiləri bu sazişi pisləyiblər. Xarici işlər naziri bu addımı “Kremlin xeyrinə atılmış sırf siyasi, iqtisadi baxımdan məntiqsiz qərar” adlandırıb, Ukraynanın milli maraqlarına və Ukrayna-Macarıstan əlaqələrinə ziyan vurduğunu bildirib.

Rusiya ilə Ukrayna arasında gərginliklə bağlı suala cavabında Orban Macarıstanın “sülhdə maraqlı” olduğunu söyləyib.

Moskvanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığması bu ölkəyə mümkün hücumla bağlı narahatlığa səbəb olub.

Ukraynada mülki işçilərə də hərbi təlim keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Çətin sınaq

Orban deyib ki, Rusiya ilə ərzaq sənayesi, turizm, kosmik tədqiqatlar sahəsində əməkdaşlığım güücləndirilməsinə çalışacaq.

Koronavirusun yaratdığı iqtisadi çətinliklər və Avropanı bürümüş enerji böhranı fonunda aprelin 3-də Macarıstanda seçki keçiriləcək. Bu səsvermə 2010-cu ildən hakimiyyətdə olan Orban və onun sağ qanad Fidesz partiyası üçün çətin sınaq hesab olunur.

Noyabrda Macarıstanda illik inflyasiya 7.4 faiz olub. Orban fevralın 1-dən altı əsas ərzağa – şəkər, un, bitki yağı, donuz budu, toyuğun döş əti və südə qiymət limiti elan edib.

Son rəy sorğuları seçkidə müxalifətin namizədi Piter Marki-Zayla ağır mübarizə gedəcəyini göstərir. Çoxsaylı müxalifət partiyaları onun ətrafında birləşəcəklərini deyiblər.

XS
SM
MD
LG