Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:25

Rusiya indi də ultimatumuna hər ölkədən ayrıca cavab istəyir


Vladimir Putin və Sergey Şoyqu
Vladimir Putin və Sergey Şoyqu

Rusiya isə onun təhlükəsizlik tələblərinə ABŞ, NATO və Avropa İttifaqının kollektiv cavabını “hörmətsizlik” adlandırıb

Qərb və Rusiya arasında Ukraynaya görə gərginlik getdikcə artmaqdadır.

Birləşmiş Ştatlar Moksvanı Ukrayna ətrafında cəmləşdirdiyi qoşun sayını yenə də artırmaqda ittiham edib.

Rusiya isə onun təhlükəsizlik tələblərinə ABŞ, NATO və Avropa İttifaqının kollektiv cavabını “hörmətsizlik” adlandırıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova fevralın 11-də bu barədə deyib:

“Belə bir addımı bizim müraciətimizə hörmətsizlik və diplomatik nəzakətsizlik kimi başa düşmək olar”.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa İttifaqı və NATO onun təhlükəszilik qarantiyaları ilə bağlı tələbinə “adekvat reaksiya” verməyiblər.

Qərb və NATO Rusiyanın Ukraynanın və ya heç bir keçmiş sovet resopublikasının heç vaxt NATO üzvlüyünə qəbul edilməyəcəyinə dair tələbini birbaşa rədd ediblər.

Rusiyanın qalan əsas tələbləri də birmənalı şəkildə rədd edilib.

Şoyqu britaniyalı həmkarından soruşub ki…

Buna baxmayaraq müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiya ABŞ və NATO-nun təhlükəsizlik üzrə əks-təkliflərini yaxın gələcəkdə nəzərdən keçirəcək.

O bu bəyanatı fevralın 11-də Britaniyanın müdafiə naziri Ben Uollesi qəbul edərkən verib.

Şoyqu Qərbi Ukraynanı silah-sursatla təchiz etməməyə çağırıb.

Rusiyanın müdafiə naziri habelə Uollesdən Britaniyanın Ukraynaya xüsusi qüvvələr göndərməsinin səbəbi ilə maraqlanıb.

Fevralın 10-da bir sıra mənbələr prezident Co Baydenin Qərb liderləri ilə videokonfrans keçirəcəyini bildirmişdilər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, kəşfiyyat məlumatları Rusiyanın Ukrayna ətrafına əlavə qüvvələr gətirdiyini göstərir.

Rusiyanın Ukrayna sərhədlərinə yaxın bölgələrdə indiyədək 100 min əsgər cəmləşdirdiyi bildirilirdi. Yeni alınan məlumatlarda isə bu rəqəmin 130 minə çatdırıldığı ehtimal olunur.

ABŞ Şərqi Avropaya qüvvələr göndərir

ABŞ dövlət katibi Entoni Blinken fevralın 11-də deyib:

"Sadə dillə desək, biz indi Ukrayna sərhədinə yeni qüvvələrin gətirilməsi də daxil Rusiya eskalasiyasının narahatedici əlamətlərini müşahidə edirik. Əvvəl də dediyimiz kimi biz indi elə mərhələdəyik ki, müdaxilə hər an baş verə bilər…”

Blinken əlavə edib ki, bu müdaxiləni hazırda Qış Olimpiadasının davam etməsi də dayandırmaya bilər.

Yazılmamış qaydalara görə əksər ölkərlər “olimpiya sülh dövrünə” əməl edirlər.

Rusiya Ukraynaya müdaxiləyə hazırlaşdığına dair bəyanatları təkzib etməkdə davam edir.

Amma Moskva eyni zamanda Belarusda bu ölkənin hərbi qüvvələri ilə birlikdə 30 min hərbçinin iştirakilə hərbi manevrlər keçirir.

Bu arada Rumıniyada olan NATO baş katibi Yens Stoltenberq “Avropada silahlı münaqişə təhlükəsinin” olduğuna dair xəbərdarlıq edib.

ABŞ tezliklə Rumıniyaya 1000 nəfərlik əsgəri qüvvə göndərəcək. Fevralın 9-dan Rumıniyaya ABŞ zirehli texnikasının gətirilməsi davam edir.

XS
SM
MD
LG