Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

Ukraynanın Aİ üzvlüyü məsələsi ilə bağlı qətnamə qəbul edilib


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentinin qətnamələri icbari-hüquqi deyil, tövsiyə səciyyəsi daşıyır

Ukraynanın Aİ üzvlüyü məsələsi ilə bağlı qətnamə qəbul edilib

Avropa Parlamenti martın 1-də qəbul etdiyi qətnamə ilə Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib.

Bu qətnamə Avropa İttifaqına blokun təsis müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq Ukraynaya üzvlüyə namizədlik statusunun verilməsini tövsiyə edir.

Qətnamə baxılmaq üçün Aİ qurumlarına və bloka üzv ölkələrin rəhbərliyinə təqdim olunub.

Avropa Parlamentinin qətnamələri icbari-hüquqi deyil, tövsiyə səciyyəsi daşıyır.

Bu da xəbər verilir ki, Avropa İttifaqının 8 ölkəsi Ukraynanın bloka sürətləndirilmiş prosedurla üzv qəbul edilməsinə çağırıb.

Blinken Rusiyanın insan haqları şurasından çıxarılmasını təklif edir

ABŞ dövlət katibi Entoni Blinken BMT-yə Rusiyanın bu qurumun insan haqları şurasının üzvü olaraq qalmasının məqsədəuyğunluğu məsələsinə baxmağı təklif edib.

O deyib ki, Rusiyanın Ukraynada törətdiyi cinayətlər saatbasaat artır.

Martın 1-də BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən iclasında çıxış edən Blinken deyib ki, Rusiya Ukraynada xəstəxanalara, məktəblərə və yaşayış binalarına raket və artilleriya zərbələri endirir.

Blinken əlavə edib ki, Rusiyanın bu əməllərinin istintaq məqsədi ilə sənədləşdirilməsi çox mühümdür.

Dövlət katibi deyib ki, BMT-nin bir üzvü üzərinə hücumlar edən başqa bir BMT üzvünün bu təşkilatın ali insan haqları şurasına üzv olmasının məqsədəuyğunluğu sual doğurur.

***

Bu gün Avropa Parlamenti Rusiyanın Ukraynaya silahlı təcavüzü və bu ölkənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivini müzakirə edir.

İclasa videoəlaqə ilə qoşulan Ukrayna Prezidenti Volodimir Zelenskini deputatlar ayaqüstə alqışlayıblar.

Zelenski çıxışında Xarkovun mərkəzinin bu səhər raket atəşinə tutulmasından, uşaqlar daxil olmaqla dinc sakinlərin öldüürülməsindən danışıb. O bildirib ki, ukraynalılar Rusiya təcavüzü ilə mübarizədə minlərlə qurban verməklə Aİ ölkələrini Ukraynaya dəstək üçün birləşməyə inandıra bildilər. Prezident Ukraynanın Avropanı seçdiyini, Aİ-yə daxil olmaq, Avropa ölkələri ilə eynihüquqlu olmaq istədiyini deyib.

“Sübut edin ki, bizimləsiniz, əsl avropalısınız, həyat ölümə, işıq qaranlığa qalib gələcək”, – Zelenski vurğulayıb.

Bir gün öncə Zelenski və Ukrayna hakimiyyətinin digər təmsilçiləri Aİ-yə üzvlük üçün rəsmi müraciət ediblər. AzadlıqRadiosu-nun Rusiya xidməti yazır ki, Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyə bilər.

Tarixdə belə presedent olmayıb. Aİ-yə üzvlük danışıqları bəzən 10 ildən çox çəkir. Serbiya və Çernoqoriya Aİ-yə namizəd ölkələrdir, bu statusu bir neçə il əvvəl alıblar, amma hələ də danışıqlar tamamlanmayıb. Namizəd ölkələr Aİ-yə üzvlüyü referendumla təsdiqləməlidirlər. Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, blok Ukraynanın müraciətinə ciddi yanaşır.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyünün bu ölkənin guya Rusiyaya yaratdığı hərbi təhdidlərlə əlaqəsi yoxdur.

***

Qonşusu Rusiyanın irimiqyaslı hücumuna məruz qalmış Ukraynanın Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) xüsusi prosedurla ölkəsini dərhal üzvlüyə qəbul etməyə çağırıb. Blok rəsmiləri isə bu addımı gerçək saymır.

Zelenski fevralın 28-də Aİ-yə “Ukraynanın xüsusi yeni prosedurla dərhal üzvlüyə qəbul etməsi” üçün müraciət edib.

“Buna layiq olduğumuzdan əminəm”

“Məqsədimiz avropalılarla birlikdə olmaqdır, ən vacibi, bərabər olmaqdır. Bunun ədalətli olmasından əminəm. Buna layiq olduğumuzdan əminəm”, – Zelenski sosial mediada yayılmış videoda deyir.

“Avropalılar əsgərlərimizin təkcə ölkəmiz deyil, bütün Avropa, sülh, Avropa İttifaqının üzvlərinin hamısı üçün sülh uğrunda necə vuruşduğuna şahiddirlər”, – Zelenski vurğulayıb.

“Ukraynalılar dünyaya bizim kim olduğumuzu, Rusiya isə nəyə çevrildiyini göstərdi.... İşğalçının hər bir cinayəti, hər gülləsi bizi daha çox birləşdirir”, – Zelenski vurğulayıb.

Şərhçi: 'İlham Əliyev gördü ki, vəziyyət dəyişir...'
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Reaksiyalar

Aİ rəsmiləri isə dərhal belə bir addımın bir sıra səbəblərdən mümkün olmadığını dilə gətiriblər. Bir fakt belə bir sürətli prosedurun mövcud olmamasıdır.

Almaniyanın Xarici işlər naziri Annalena Baerbok deyib ki, 27 üzvü olan bloka üzv olmaq bir neçə ayın içində mümkün şey deyil, amma Ukrayna “Avropa evi”nin bir hissəsidir, orada həmişə xoş qarşılanır.

Onun sözlərinə görə, Ukraynanın bloka qəbula Aİ-nin onu Rusiyadan ayırmaq istəməsinin əlaməti deyil, ukraynalıların çoxunun bloka üzv olmaq arzusunu yerinə yetirmək olar.

Adətən, potensial üzvlərin Aİ standartlarına çatması bir neçə il çəkən uzun və kompleks prosesdir. Ölkə müxtəlif sahədə islahatlar aparmalı, islahatlar iqtisadi və maliyyə dəyişiklikləri ilə müşayiət olunmalı, ölkənin Aİ-də rəqabət aparması, sonucda avronu qəbul etməsi üçün sağlam vəziyyətini göstərməlidir.

Rusiyada xarici valyutanın ölkədən çıxarılmasına məhdudiyyət qoyulur
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Şərqi Avropanın dəstəyi

Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, üzvlük məsələsi “bir xeyli il” uzana bilər.

Amma Praqa Zelenskinin müraciətini dəstəkləyib. Çexiyanın Baş naziri Petr Fiala deyib ki, “biz indiki məqamda Ukraynanın demokratik ölkələrin Avropa cəmiyyətinə qəbul olunmasına aydın işarə verməliyik”.

Şərqi Avropanın səkkiz ölkəsinin – Bolqarıstan, Çex Respublikası, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya və Sloveniya prezidentləri fevralın 28-də imzaladıqları məktubda qeyd edirlər ki, Ukrayna “Aİ üzvlüyünə dərhal qəbul olunma perspektivinə layiqdir”.

Onlar Aİ üzvlərini Ukraynaya quruma namizəd ölkə status vermək və üzvlük danışıqlarına başlamaq üçün blokun institutlarını hərəkətə gətirməyə çağırıblar.

XS
SM
MD
LG