Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:40

Qərb hələ ki Rusiyaya neft embarqosu qoymur, amma...


Avropa rəsmilərindən biri AzadlıqRadiosuna deyib ki, bu sanksiyalar artıq martın 8-də elan oluna bilər

Birləşmiş Ştatlar, Fransa, Almaniya və Britaniyanın liderləri Ukraynaya müdaxiləsinə görə Rusiya üzərinə sanksiyaları gücləndirmək barədə razılığa gəliblər.

Bununla belə martın 7-də keçirilən videogörüşdə Rusiya neftinin idxalına qadağan qoyulmayıb.

Bunu xüsusilə də ABŞ millət vəkilləri tələb edirdilər.

ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Britaniyanın baş naziri Boris Consonun qəbul etdiklləri qərarda Rusiyadan neft idxalı məsələsinə toxunulmur.

Ekspertlər bildirirlər ki, belə bir qərarın qəbul edilməsi xüsusilə də Almaniya üçün ağrılı olardı.

Şolts bildirib ki, Rusiyadan enerji idxalı avropalılar üçün “həyati mühüm” olaraq qalır.

Rusiya 300 dollarlıq neftlə qorxudur

Lakin Ağ Evdə jurnalistlərin suallarına cavab verən prezidnet Co Bayden neft embarqosu barədə danışarkən bütün variantların masa üstündə olduğunu deyib.

Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya neftinə embarqo qoyulması qlobal bazar üçün fəlakətli nəticələr verə bilər.

O TASS agentliyinə müsahibəsində bildirib kli, belə bir embarqo neftin qiymətini bir barrel üçün 300 dollara qaldıra bilər.

Novak deyib ki, Avropa bazarında Rusiya neftini tez bir zamanda əvəz edəcək variant yoxdur.

Onun sözlərinə görə Rusiyanın bu bazarda əvəz edilməsi azı bir il çəkə bilər.

Venesuela üzərindəki sanksiyalar yumşaldıla bilər

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi martın 6-da həmkarlarına yazdığı məktubda qeyd edir ki, palata “Rusiyanı tam izolyasiya etmək məqsədilə güclü bir qanunvericilik aktı üzərində işləyir”.

O deyib ki, Rusiyaya qarşı sanksiyalarda neft embarqosu da nəzərdə tutulur.

Bəzi xəbərlərə görə ABŞ rəsmiləri Venesuelaya qarşı sanksiyaları yumşaltmaq üzərində düşünürlər

Bundan məqsəd qlobal bazara daha çox neft çıxarmaqdır.

Neft qiymətləri Rusiyanın Ukraynaya hücumundan sonra onsuz da kəskin artıb.

Rusiya dünyanın ən böyük neft ixracatçılarından biridir. ABŞ hər ay Rusiyadan orta hesabla 20 milyon barrel neft və neft məhsulları idxal edier.

Ruisiyaya neft embarqosu qoyula biləcəyinə dair xəbərlər də neftin qitymətini artırıb.

Martın 7-də neftin bir barrelinin qiyməti 120 dollar olub. Qiymət gün ərzində hətta 130 dollara çatmışdı.

Hazırda Brent neftinin bir barrelinin qiyməti 122.88 dollardır.

Oliqarxlar sülhə çağırır

Rusiya oliqarxları Moskvanın Ukraynaya davam edən hücumundan narahat olduqlarını bildirirlər.

Qərb ölkələri Rusiya üzərinə sanksiyaları artırmaqda davam edirlər.

Özünün Putinlə yaxın bağları ilə tanınan rusiyalı maqnat Oleq Deripaska martın 7-də Twitter-də yazdığı postda Ukraynadakı müharibənin mümkün qədər tez başa çatdırılmasına çağırıb:

"Bizə mümkün qədər tez bir zamanda sülh lazımdır. Çünki biz artıq geriyə dönüşü olmayan xətti keçmişik. Bütün dünya başqa cür olacaq. Rusiya başqa cür olacaq”.

Bundan əvvəl müharibənin dayandırılmasına Lukoil neft şirkətinin azərbaycanlı rəhbəri Vahid Ələkbərov çağırmışdı.

Başqa bir rusiyalı oliqarx – Vladimir Lisin Novolipetsk şəhərindəki poladəritmə zavodunun fəhlələrinə müraciətində bildirib ki, Ukraynada baş verən faciəyə haqq qazandırmaq çətin olacaq.

Sözü gedən müəssisənin əsas səhmdarı olan Lisin müharibənin diplomatik vasitələrlə həllinə çağıerıb.

Rusiyalı biznesmen Oleq Tinkov martın 6-da deyib ki, o sanksiyalara görə artıq milyarder deyil.

Tinkov jurnalistlərdən onu “oliqarx” adlandırmamalarını xahiş edib.

Ötən həftə habelə Qərbin sanksiya siyahısına salınmış Mixail Fridman, Pyotr AvenAleksey Mordaşov Ukraynada atəşin dayandırılmasına çağırıblar.

Martın 7-də Kanadanın baş naziri Castin Trüdö deyib ki, onun ölkəsi Ukraynaya əsassız hücumla bağlı olan daha 10 rusiyalıya sanksiya elan edir.

Trüdö deyib ki, sözü gedən rusiyalıların adları müxalifət lideri Aleksey Navalnının siyahısından götürülüb.

Ukraynada müharibə Orta Asiya ölkələrinə ciddi ziyan vurub
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edirlər.

Bloomberg yazır ki, bu dəfə söhbət limanlardan, gəmilərdən və Rusiyanın hərbi avadanlığı üçün texnologiyalardan gedə bilər.

Eyni zamanda rusiyalılara qarşı fərdi sanksiyalar da müzakirə olunur.

Qərbin qara siyahısına indiyədək sanksiya olunmamış yeni adlar daxil ediləcək.

Brüssel habelə bu vaxtadək Rusiyaya elan olunmuş sanksiyalara əməl olunmasına nəzarəti gücləndirmək nityyətindədir.

Məqsəd Rusiyanın sanksiyalardan yayınmaq üçün bütün dolayısı ilə kanallarını kəsməkdir.

Avropa rəsmilərindən biri AzadlıqRadiosuna deyib ki, bu sanksiyalar artıq martın 8-də elan oluna bilər.

Bu arada Birləşmiş Ştatlar avropalı partnyorları ilə Rusiya neftinə embarqo qoyulması məsələsini müzakirə edir.

Bu baraədə məlumat verən ABŞ dövlət katibi Entoni Blinken martın 6-da deyib ki, hazırda Rusiya neftinin idxalının dayandırılması ilə yanaşı dünya bazarında kəsinti yaranmaması üçün detallar müzakirə olunur.

XS
SM
MD
LG